adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Aprel 2023 14:05
319
GÜNDƏM

PKK lideri: "Kılıçdaroğluya səs vermək tarixi bir fürsətdir"

PKK liderlərindən olan Rəmzi Kartalı türk dünyası yaxşı tanıyır. Türkiyəyə qarşı barışmaz nifrəti ilə tanınır.

 2006-cı ildən beynəlxalq axtarışdadır, polis orqanları ilkin araşdırmadan sonra onun cinayət işini hökm çıxarılmaq məhkəməyə göndərəcək. Rəsmi Ankara məhkəmənin hökmündən sonra R.Kartalın ekstradisiyası üçün İspaniya hüquq-mühafizə orqanlarına sorğu göndərməyə hazırlaşır. Qeyd edək ki, R.Kartal PKK terror təşkilatının siyasi qanadı olan “KONGRA-GEL”in sədr müavinidir. PKK kimi “KONGRA-GEL”in də adı Avropa Birliyinin terrorçu təşkilatlar siyahısına daxil edilib. R.Kartal 2005-ci ildə Almaniyada həbs olunsa da polis maddi sübutların azlığını əsas gətirərək onu azadlığa buraxmışdı

 Adalet.az xəbər verir ki, Rəmzi Qartal Türkiyədəki prezident seçkilərində CHP sədri Kamal Kılıçdaroğluna dəstək üçün çağırış edib.

Bu barədə  Türkiyə mediası bildirib.R.Qartal açıqlamasında Kılıçdaroğluna səs verməyin tarixi fürsət olduğunu deyib:

“Seçkilərdə Kılıçdaroğluna səs vermək tarixi fürsətdir. Bununla istədiyimiz inkişafı yaradıb, yeni bir mərhələ başlada bilərik. Ərdoğanın hakimiyyətdən getməyinə səbəb olacaq seçimimizi məhz bu əsasda etməliyik. Kılıçdaroğlunu dəstəkləməli, parlamentdə var gücümüzlə Yaşıl Sol Partiyasının altına möhür vurmalıyıq”.

 Əntiqə Rəşid