adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2015 12:50
3198
MƏDƏNİYYƏT

Pikassonun itən rəsmi tapıldı

Amerika gömrük idarəsi Pablo Pikassonun 2001-ci ildə Fransa muzeyindən oğurlanmış əsərini tapıb. Verilən məlumata görə, adları məlum olmayan şəxslər bu əsəri ABŞ-a yeni il hədiyyəsi olaraq yollayıblar.  1911-ci ildə kubizm üslubunda çəkilmiş bu əsər "Beautician” adlanır. 2001-ci ildə Fransa Muzeyindən oğurlanan əsəri polis nə qədər axtarsa da, tapmağa müvəffəq ola bilməyib. Bu il isə əsəri hədiyyə kimi büküb poçtla Belçikadan Amerikaya yollayıblar. 

Qeyd edək ki, əsər yenidən Fransa Muzeyinə qaytarılacaq.