adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Noyabr 2017 14:13
71122
MARAQLI

Peyğəmbəri xilas edən hörümçəkdən niyə qorxuruq?













Baxçanızda, evinizdə,işyerinizdə, harda qarşılaşsanız qorxu hiss etdiyiniz, təmas etməkdən, xüsusiləəlaqədən qaçdığınız və ümumən də təmkinli davrandığınız hörümçəklərə dairqorxunuzun qaynağı nə ola bilər? 


Kimilərinə görə, hörümçək qorxusu təbii olaraqvar, öyrənilmiş bir şey deyil. Təkümül psixoloqlarına görə, çevrəmizdəki başqabir şeyə diqqət etməsək belə, hörümçəklər, insanların xüsusən alışqın olduğu təkamüldavamlılığı olan atasal bir riskdir.


İnsanlardamüşahidə edilən ən yayılmış fobiya növlərindən biri araxnofobiyadır, yənihörümçəklərdən qorxu. Mütəxəssislər bu qorxunun insanlarda təkamül nəticəsindəyarandığını hesab edirlər.


Araxnofobiya- müxtəlif insanlarda tez-tez rast gəlinən zoofobiya növüdür. Hörümçəklərqarşısındaki vahiməyə insan həyatının müəyyən bir dövründə baş vermiş hər hansıbir hadisə səbəb ola bilər, xüsusilə də əgər bu hadisə uşaqlıqda baş veribsə. 


Bununla belə alimlər hesab edir ki, araxnofobiya təkamülün məhsullarındanbiridir - milyonlarla insanın bu səkkizayaqlı varlıqlardan qorxusununmənşəyində yalnız bu səbəb dura bilər.


Eksperimentdə 252 nəfəriştirak edib. Könüllülərə çox da xoş olmayan müxtəlif heyvan və əşya şəkillərigöstərilib. Bunlar arasında milçəklər, hörümçəklər, ağcaqanadlar, dəmirdən iynələrvə s. yer alıb. 


Göstərilmiş şəkillərdə təsvir olunan canlıların bir çoxu həyatdatəhlükəli olsalar da, iştirakçıların beyni hörümçək şəkillərinə daha tezreaksiya verib. Bir çox mütəxəssisin rəyinə görə, bu instinktiv reaksiya qədimdövrlərdə çoxlu sayda insanı qurbanına çevirmiş zəhərli hörümçəklərqarşısındaki ehtiyatdan qaynaqlanır.


Bütünalimlər belə qənaətdə deyil. 1996-cı ildə niderlandlı tədqiqatçılar apardıqlarıtəcrübədə araxnofobiyadan əziyyət çəkən uşaqların 41%-inin həyatlarında neqativhadisə ilə qarşılaşdıqlarını və bunun da hörümçəklərdən qorxunun zəmininihazırlamış olduğunu aydınlaşdırmışdılar. Maraqlıdır ki, hörümçəklərdən daha çoxqorxan uşaqlar da elə məhz həmin 41% içərisində idi.


Araxnofobiyanınbir neçə müalicə üsulu var. Bunlardan ən effektivi konfrontasion terapiyaadlanan, hörümçəklə kontakta girmə prosedurundan ibarət müalicə yoludur (buğumayaqlıyatoxunaraq və s.). Müasir dövrdə bu fobiya ilə mübarizə üçün virtual reallıqdanda uğurla istifadə olunur.