“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib - VİDEO
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib.
Adalet.az xəbər verir ki, “Eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.
Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən iştirakçı nəticəyə uyğun “iştirak” və ya “müvəffəqiyyət” sertifikatı əldə edir.
Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.
Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq, öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif edir.
Digər Xəbərlər
01 Oktyabr 2026 19:38
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTOLAR
01 Oktyabr 2026 18:48
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
01 Oktyabr 2026 17:41
"Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev
01 Oktyabr 2026 16:39
AQEM-in Media Forumu keçirilib - FOTOLAR + YENİLƏNİB
01 Oktyabr 2026 16:18
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
01 Oktyabr 2026 14:51
"Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır"
01 Oktyabr 2026 12:03
"Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir" - Sədaqət Qəhrəmanova
01 Oktyabr 2026 11:10


Bakı -°C

