“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat başladı
Fevralın 20-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” testi keçiriləcək.
DİM-dən Adalet.az-a bildirilib ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Şagirdlər testlərdən keçməklə gələcək ixtisaslarını müəyyən edə bilərlər. Bu alət üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.
Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.
Testdə iştirak etmək üçün qeydiyyat fevralın 19-u saat 15:00-dək davam edəcək.
Digər Xəbərlər
09 Fevral 2026 17:15
Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edildi
09 Fevral 2026 16:33
Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir
09 Fevral 2026 16:22
Elza İbrahimovanın adı bu məktəbə verildi
09 Fevral 2026 16:20
Bu məktəbə Fikrət Qocanın adı verildi
08 Fevral 2026 10:02
Leyla və Alena Əliyeva Gəncə STEAM mərkəzi və 37 saylı məktəbdə - FOTOLAR
05 Fevral 2026 09:41
Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak etdi
04 Fevral 2026 15:47
Bu il rezidentura imtahanları elektron formada olacaq
04 Fevral 2026 15:44


Bakı -°C

