PERSPEKTİVƏ QIZ VERƏN YOX... - Vaqif TANRIVERDİYEV yazır

İdmanxeber•az
Gəncəli futbolsevərlər üçün ŞAD XƏBƏR – Klub başçısı da təsdiqlədi (ÖZƏL)
“Gəncə şəhər stadionunun söküntüsünə start verilir.”
Bəli...Söküntü başlanıb. Komandanınsa... Xəbərdən stat: “ Bu gün sponsor yoxdu, yaxşı stadion yoxdu, ancaq bir gün hamısı olacaq...”.
Bu xəbər köhnə bir söhbəti yadıma saldı. Tələbə vaxtının lətifələrindəndir.
Yazar dostları yığışır, gənc şairin bir qıza aşiq olduğunu deyir və onu sevgisinə qovuşdurmaq üçün atasının yanına elçi getməyin vacibliyini bildirirlər.
Gənc şairi xoşbəxt etmək istəyi coşqu ilə qarşılanır, əminlik ifadə edirlər ki, bu heyətdə elçiliyin qarşısında heç kim dayana bilməz.
Dostlardan birinin replikası çaşqınlıq yaradır. Deyir ki,yaxşı getdik, bəs birdən qızın atası soruşdu:
- Bu gəncin ailə qurmaq, ev-eşik sahibi olması üçün nəyi var...Bakıda evi yox, vəzifəsi yox, elə pulu yox, bəs nəyi var...
Araya dərin bir sükut çökür. Dostlardan bir şəstlə cavab verir:
- Yaxşı perspektivi var.
Başqa birinin cavabı gecirmir:
- Perspektivə də qız verən yoxdur.
İndi, hələ stadion təmir üçün sökülür, hazırda yaxşı stadion yox, sponsor yox, lazımi maddi təminat yox, bəs “Kəpəz”in nəyi var...
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
