adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Aprel 2014 14:28
8788
GÜNDƏM

Pentensiar xidmət aclıq aksiyasını təkzib etdi

"Həbsdə olan "Nida” Vətəndaş Hərəkatıüzvləri təcridxanada aclıq aksiyasını davam etdirilməsi xəbəri yayılıb. VəkilNamiq Hacıyevin mətbuata verdiyi  məlumatagörə Bakı İstintaq Təcridxanasında saxlanılan "Nida” Vətəndaş Hərəkatının 7üzvü və "Azad gənclik” Təşkilatının üzvü aprelin 17-dən aclıq aksiyası keçirir.

 N. Hacıyev aclıq aksiyasının davam etdiyi bildirib:”Rəşadət Axundov mənə təcridxanada dedi ki, "Nida”nın  həbsdə olan 7 üzvüvə "Azad Gənclik” təşkilatın bir üzvü  aclıq aksiyasını sona qədər davametdirəcək”.

N. Hacıyev aclıq aksiyası edən gənclərin səhhəti barədəhələlik məlumatının olmadığını bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindənisə bildirilib ki, "Nida” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasındasaxlanılan üzvlərinin aclıq aksiyası etməsi barədə olan məlumatlar həqiqəti əksetdirmir: "Hazırda təcridxananda saxlanılan bütün "Nida” üzvlərinin səhhəti tamnormaldır”.