adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Aprel 2020 15:07
46776
MARAQLI

PENTAQON İNSANLARI DƏLİ ELƏMƏKDƏN ÖTRÜ ÖLÜR

Bəşəriyyət qalıb heç mikroskopla da çətinliklə görünənkoronavirusun əlində əsəbləri pozulub, bilmirlər sabah nə olacaq. Bu basabasda Pentaqon daçoxlu videolar paylaşıb- uçan boşqablar, inoplanetlilərləbağlı. Hələ bir tərəfdən də NASA bar-bar bağırır ki, İkar gəlir. İkarın nə olduğunu indiki nəsillər bilməz, 70-ci illərin söhbətidi.Yeri məhv edə biləcək bir meteoritidi. Gəlməyinə gəldi, amma Tanrı iki-üçmələyini göndərdi, onlar əlləriniverdilər İkarın önünə, yönləndirdilər başqa qalaktikaya.

Ümumiyyətlə, dünyanın özündənmüştəbeh dövlətləri insanları bir tərəfdənbombalarla qırır, bir tərəfdənkoronavirusla, bir tərəfdən də quraşdırdıqları yalanlarla dəli edir.

Hər deyilən sözə inanmayın.

90-cı ildə bir xəbər yayıldı ki, Bakıda, Zərdabda, nə bilim harda uçan boşqablargörüblər , «Ədalət» qəzeti də təzəçıxırdı. Mən də yazdım ki: hamısıSovet istehsalıdı, çünki hamısınıniçi boşdu. Və buxəbərə görə bir töhmət aldım.Sovet hökuməti hələ vardı.