adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Aprel 2023 16:33
857
KRİMİNAL

Penitensiar Xidmət və DİN-dən  birgə əməliyyat

Penitensiar Xidmət və Daxili İşlər Nazirliyi (DİN) birgə əməliyyat keçirib.

Adalet.az xəbər verir ki, 31.03.2023-cü il tarixdə Penitensiar xidmətin əməliyyat aparatı ilə Daxili İşlər Nazirliyi tərəfindən birgə həyata keçirilən uğurlu əməliyyat tədirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan Quliyev Etibar Nəriman oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyat Bünyatzadə küçəsi, 14 nömrəli binanın arxasında yerləşən yararsız iki mərtəbəli tikilinin birinci mərtəbəsinin içərisində gizlətdiyi ümumi çəkisi 19 kiloqram 503.6 qram narkotik vasitə hesab olunan "qurudulmuş marixuana" aşkar olunaraq götürülüb.