Penitensiar xidmət əməkdaşları narkotik maddə keçirilməsinin qarşısını alıblar
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Adalet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 93.1.4 və 234.4.1-ci maddələrinə əsasən 2 il 3 ay azadlıqdan məhrum edilmiş məhkum Əsgərov Vüqar Əsgər oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Əsgərov Ağahüseyn Əsgər oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın etiketində xüsusi üsulla tikilərək gizlədilmiş 0,432 qram "Heroin” aşkar edilib.
Bakı İstintaq təcridxanasına da narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Kərimov İlqar Hüseynağa oğluna göndərilmiş banderola özünün və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman qurudulmuş çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,339 qram olan "Heroin” və 1 ədəd sellofan bükülüdə 0,01 qram "Metamfetamin” dərman preparatı aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
29 Aprel 2024 09:50
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 120 nəfər tutulub
28 Aprel 2024 09:52Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01