adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
11 Avqust 2017 12:27
8317
MƏMLƏKƏT

Paytaxt sakinləri ödənişsiz çimərliklərə üstünlük verir - SORĞU

"ACTAzərbaycan" 19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrinitəqdim edir.

Abşeron yayınınyaraşığı, ilin yerdə qalan fəsillərində səbirsizliklə gözlədiyimiz bir şey dəvar ki, bu da çimərlik mövsümüdür. Cəmi bir neçə ay davam edən mövsümü hər kəsdəyərləndirməyə çalışır. Kimsə dənizdə çimmək, kimsə sərinləmək, kimsə isəqaralmaq üçün üz tutur Xəzərin sahilinə.

Sorğu nəticəsindəbəlli oldu ki, paytaxt sakinlərinin yarıdan çoxu yayda çimərliyə üz tutur (62%). Dənizə üz tutanlar arasında 35-44 yaş aralığında olan respondentlərüstünlük təşkil edir (73 %).

Dənizə gedənlərinəksəriyyəti ödənişsiz çimərliklərə üstünlük verir (44 %). Ödənişli çimərlikləribəyənənlər nisbətən azdır (31 %). Respondentlərin dörddə biri isə çimərliklərarasında fərq qoymur - həm ödənişli, həm də ödənişsiz çimərliklərə üz tutur (25%).

Dənizəalternativ göstərilən akvapark isə respondentlər arasında çox da sevilmir. Beləki, rəyi soruşulanların cəmi 31 %-i yayın istisinə akvaparkda sərinlikqatır. Akvaparksevərlər isə əsasən gəncnəslin (18-24 yaş aralığı) nümayəndələridir (57 %).

Sorğu 19aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsiləhəyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.