adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Mart 2024 16:46
1281
KRİMİNAL

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanıldı - VİDEO

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.  Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.