adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2024 12:43
430
GÜNDƏM

Paşinyana dərs demiş tarix müəllimi jurnalistə əsəbləşdi: "Bu vermək deyil, geri verməkdir"

İcevan rayonundakı bir nömrəli ibtidai məktəbin direktoru, Nikol Paşinyanın tarix müəllimi Aşot Paşinyan erməni mediasına müsahibə verib.

Jurnalist- Sizin şagirdiniz Tavuşdan kəndləri təhvil verməkdən danışır. Onun fikirlərini bölüşürsünüz?

- Təslim edilənlər bizim kəndimiz deyil . Onlar heç vaxt bizim kənd olmayıblar, əvvəllər Qazax rayonunun kəndləri olublar.

- Amma bu torpaqların təhvil verilməsi ilə Ermənistan blokada vəziyyətinə düşür.

- Blokada yoxdur, həmişəki kimi bu yenə lazımsız bir yalandır.

- Nikol Paşinyan əvəzində heç nə tələb etmədən yalnız təhvil verməkdən danışır. Bu normaldır?

- Nə səndə, nə də məndə dəqiq deməyə belə bir məlumat yoxdur. Bunu zamanla öyrənəcəyik.

- Tavuşda Azərbaycanın işğal etdiyi erməni kəndləri yoxdurmu?

- Yox, bizim işğalda kəndimiz yoxdur, neytral ərazilər var. Onların biz tərəfdə kəndləri olub, amma bizim onlarda ərazimiz yoxdur.

Jurnalistin " Bu gün Tavuşun heç bir kəndi alınmadı, Nikol Paşinyan könüllü olaraq onları Azərbaycana təhvil verdi.

- Aşot Paşinyan jurnalistin sualını belə cavablandırıb:"Bu vermək deyil, geri verməkdir".

 Əntiqə Rəşid