adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Iyul 2021 12:28
33450
SİYASƏT

Paşinyan sərhəd boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini təklif edib

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədləri boyunca yerləşdirilməsini təklif edib.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, Paşinyan Azərbaycanla sərhəd boyu KTMT müşahidəçilərinin və Rusiya sərhədçilərinin xidmət edəcəyi məntəqələrin yerləşdirilməsini istəyir.