adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Oktyabr 2018 11:43
40802
DÜNYA

PAŞİNYANIN ARVADI SÜLH QARĞASI ROLUNDA

İşğalçıErmənistanın baş nazirinin arvadı Anna (familiyası yadımdan çıxdı) Rusiyadan özükimi bir sürü arvadı yığıb gətirib Dağlıq Qarabağa, hətta qoşunların təmas xəttinə,sülh qarğalığı edir.

O,bir sürü urus arvadı da ondan soruşmurki, sülh istəyirsənsə niyə öz oğlunu işğal elədiyiniz Azərbaycan torpaqlarına hərbi xidmətə göndərmisən? İndi həm Qarabağdan,həm də geri döndükdən sonra Rusiyadan dünyayabar-bar bağıracaqlar ki, bax, erməni analarısülh istəyir, amma azərbaycanlı analar onlarınçağırışına cavab vermir. Və dünyadaəleyhimizə yeni bir kampaniya başlayacaq.

Bizimanalarımız da sülh istəyir, amma ədalətlisülh. Ermənistan BMT-nin məlum 4 qətnaməsiniyerinə yetirir, qoşunlarını Qarabağın ərazisindən çıxarır, sonra hər iki xalq mamaçalarsız oturub sülh danışıqlarına başlayırlar.

Mamaçada ATƏT və ATƏT-in həmsədrləri – ABŞ, Fransa, Rusiya.

P.S.Bu çağırışına görə bu sülh qarğasına Nobel sülh mükafatı versələr, təəccüblənmərəm.