adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 May 2019 17:13
11845
GÜNDƏM

Paşinyan Mxitaryana niyə zəng elədi? - Rusiyalı ekspert

UEFAAvropa Liqasının Bakıda keçirilən finalı baş tutdu, çempion bəlli oldu.Azərbaycan tarixində ilk dəfə bu cürmötəbər futbol müsabiqəsinə ev sahibliyi edirdi.

UEFAfinalın yetərincə yüksək səviyyədə keçirildiyini bildirdi. Mütəxəssislər finalınidman yekunları ilə yanaşı, siyasi yekunlarını da müəyyənləşdirirlər.

Adalet.az Rusiyanın Siyasi Araşdırmalar İnstitunundirektoru Sergey Markovun qabardılan Mxitaryan məsələsi ilə bağlı açıqlamasınıtəqdim edir.

Xatırladaqki, bu müsabiqə öncəsi Azərbaycana qarşı İrəvanın aktiv şəkildə dəstəklədiyi kampaniyanəticəsində "Arsenal”ın oyunçusu Henrix Mxitaryan Azərbaycana getməkdən imtinaetdi və buna siyasi don geyindirildi.

Mütəxəssislərin"Moskva-Bakı” portalında bildirdiyi fikirlərə görə, Azərbaycan siyasətin idmanaqarışmamalı olduğunu bir daha sübut etdi.

RusiyanınSiyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov "Arsenal”ınməğlubiyyətinin həm də Mxitariyanın və onun timsalında Ermənistan siyasətininməğlubiyyəti olduğuna əmin olduğunu bildirib:

"Mxitaryan Bakıya gedib öz komandasına kömək edə bilərdi, bəlkə o zaman "Arsenal”məğlub olmazdı, ancaq Ermənistan qalmaqal yaratmaq üçün bilərəkdən MxitariyanınAzərbaycana getməsini əngəllədi. Bu qarışıqlığı yaradan Ermənistan "Arsenal”ınməğlubiyyətində ən böyük səbəbkardır. Şəxsən mən "Arsenal” komandasınınmenecerlərinin yerində olsaydım, Ermənistandan milyonlarla dollarlıq təzminattələb edərdim. Mxitaryan isə indi Ermənistan Parlamentində deputatlıq üçünnamizədliyini irəli sürə bilər”.

SergeyMarkov həmçinin İrəvanın Mxitaryanı yalan vədlərlə aldatdığını düşündüyünü də deyib:

"Paşinyanona boş yerə zəng etməmişdi. Beləliklə Ermənistan Mxitaryanı zərbə altındaqoydu, öz siyasi məqsədlərinə görə onun futbol karyerasına zərbə vurdu. Bakıisə bütün əks kampaniyalara baxmayaraq bu siyasi oyunu uddu. Finalı möhtəşəmkeçirən Bakı yenə bütün diqqətləri üzərinə çəkə bildi. Hər kəs məmnun qaldı, "Arsenal”danbaşqa. Nəticədə Mxitaryanın ətrafında dönən bu qədər oyuna dəymədi. Mənasızpiyar oldu və Bakı təhlükəsizliklə bağlı bütün suallara sərt cavab verdi.

SergeyMarkovun fikrincə Ermənistan bu hadisədən başqa cür də istifadə edə bilərdi:

"Mxitaryandanbaşqa cür də istifadə edə bilərdilər, amma Ermənistan bu cür davranaraq birdaha sübut etdik ki, Qarabağ münaqişəsinin həlli ona lazım deyil. Ermənistanstatus-kvonu qorumağa çalışır, bunuonların final öncəsi bəyanatları bir daha göstərdi".


Tərcümə: Ulucay Akif