adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2015 15:19
5232
SİYASƏT

Partiya gənclərindən Avropa Oyunlarına dəstək

Ana Vətən Partiyasının gəncüzvləri Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizüçün əhəmiyyətli olduğunu bəyan ediblər
Ana Vətən Partiyası Mətbuat Xidmətinin rəhbəri Tünzaləİsmayılovadeyib ki, idman tarixi uğurlarla dolu olanölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır: "Dünya idman arenasında özlayiqli yerini tutan Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyedib.Ölkəmizdə keçirilən bu yarışlar artıq bir növ adət halını alıb. Bu ölkəmizin inkişafındanxəbər verir və biz  bununla fəxr etməliyik”.

Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri Mikayıl İbrahimovdüşünür ki, ölkəmizə göstərilən bu inam prezidentimiz Cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir:"Onu da nəzərə almaq lazimdır ki, hər gün rastlaşdığımız Avropa oyunları üçüntikilən infrastuktur və olimpiya kompleksləri gələcəküçün istifadə oluna bilən layihələrə daxildir. Bu nəhəng komplekslər ölkəmizdəqalıb, gələcəkdə vətandaşlarımıza xidmət edəcək, gənclərimizin idmana həvəsinidaha da stimullaşdıracaqdır.  Hər bir ölkə vətəndaşı ailə üzvləri iləbirlikdə oyunlar zamanı  bu möhtəbəridman bayramında iştrak edib, böyük zövq alaraq iyun ayının əsas idman hadisələrinəşahidlik etməlidirlər”.

Ana Vətən PartiyasıSumqayıt şəhər Gənclər Təşkilatının sədri Aydan Mustafayeva vurğulayıb ki, bu yarış dövlətimizin xaricdə olan təbliğat prossesini sürətləndirəcəkvə  ölkəmizə gələn turist axınına təkənverəcəkdir.  "Bacarıqlı gənclərimizbu fürsətdən maksimum yararlana biləcək, bu yarışlar vasitəsi ilə ölkəmizəyatırılan investisya artacaq.”

Ana Vətən PartiyasıYasamal rayon Gənclər Təşkilatının sədri Sərbaz Qafarov  qeyd edib ki, bu oyunlar ölkəmizin beynəlxalq arenalarda imicinin artması üçün çox gözəlfürsətdir və bele bir təşkilatçılığı öz üzərinə götürərən ölkəmiz öz  imkanlarını  yetərincə  göstərib. Əminəm ki, yarışlardan sonra etimadıdoğrultduğumuza görə imicimiz daha da artacaq.

Ana Vətən Partiyası Sabunçurayon Gənclər Təşkilatının sədri HikmətYusifov deyib ki, Avropa oyunlarında tamaşaçı kimi fəxarətvə qürurla iştirak edəcək: "İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyüknailiyyətdir. Bu tarixi qərarın qəbul edilməsi əlbəttə ki, ölkəmizin beynəlxalqaləmdə nüfuzundan xeber verir”.

Ana Vətənçi gənc Niyaz Novruzov bildirib ki, Bakı 2015 Avropa oyunlarının iştirakçıları dövlətimizinqədim tarixi, zəngin mədəniyyəti, milli mentaliteti haqqında lazımı bilgiləriöyrənəcəklər: "Müstəqil dövlətimizin İdmana necə əhəmiyyət verməsi vəidmançılara olan dövlət qayğısı yetərincə nümayiş ediləcək. Azərbaycan xalqıBaki 2015 Avropa oyunlarının başlanmasını səbirsizliklə gözləyir”.