Parlamentin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas keçiriləcək.
Digər Xəbərlər

Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Overçuk

Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin növbəti görüşü oldu

“ACWA Power” şirkətinin təsisçisi İlham Əliyevə məktub göndərdi

Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb

Azərbaycan və Macarıstan arasında hökumətlərarası komissiyanın iclası keçirilib - YENİLƏNİB

Baş nazir FƏRMAN İMZALADI

Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi - ŞOK DETALLAR
