Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi - ŞOK DETALLAR
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birinci sədr müavini, Kremlin əsas ruporlarından olan Konstantin Zatulin Moskvanın Bakıya qarşı düşmən siyasətinin əsl səbəblərini etiraf edib.
Adalet.az Publika.az-a istinadla xəbər verir ki, Zatulin “Lenta.ru” saytına müsahibəsində Azərbaycanla münasibətlərin normallaşmasına “pis sülh müharibədən yaxşıdır” prinsipi ilə yanaşıb. Lakin əlavə edib ki, “bu o demək deyil ki, Moskva əməkdaşlığın dərinləşdirilməsini düşünməlidir”.
Zatulin açıq şəkildə etiraf edib ki, Rusiyanı qıcıqlandıran Azərbaycanın müstəqil xarici siyasətidir.
“Azərbaycan öz istiqaməti ilə gedir. Bu, Qarabağın alınmasından (işğaldan azad edilməsi-red) və 2023-cü ildən sonra daha açıq şəkildə ortaya çıxdı. Azərbaycan Ermənistana daha az milli hökumətin rəhbərlik etməsindən istifadə edib və Türkiyənin dəstəyi ilə planlarını həyata keçirib. O vaxt Rusiya ilə əməkdaşlığa ehtiyac var idi. Lakin Bakının planları reallaşan kimi Rusiya ilə əlaqələrin zərurəti aradan qalxdı. Xüsusilə Ermənistana təzyiqlər, Zəngəzur dəhlizi, amerikalıların, israillilərin və digərlərinin regiona cəlb edilməsi Rusiyanın maraqlarına uyğun gəlmir. Üstəlik, Türkiyə və Azərbaycanın strateji müttəfiqliyi təkcə ikitərəfli deyil, həm də gələcəkdə böyük Turanın qurulmasına, Mərkəzi Asiya və Rusiyanın bəzi türk bölgələrinə nüfuz etməyə hesablanıb”, - o iddia edib.
Zatulinin bu iddialarının Kremlə məxsus olduğu sirr deyil. Görünür, Rusiya tərəfi bu cür qondarma iddialarla Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışır. Lakin Zatulinin dedikləri həm də Rusiyanın qorxularını da ortaya çıxarır, o cümlədən, Moskvanın Bakıdan əslində nələr istədiyini – Zəngəzur dəhlizinin rusların istəyinə uyğun açılması, Türkiyə ilə strateji müttəfiqliyin aradan qalxması, müstəqil siyasətin aparılmaması və s. – anlamağa imkan verir.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

