Parlamentdə müəllimlərin maaş artımından danışıldı
Sertifikasiya imtahanlarının uğurla həyata keçirilməsi müsbət haldır və bu təcrübədən digər sahələrdə də istifadə olunur. Lakin əməkhaqqının nəticələrə uyğun proporsional artımı məsələsində müəyyən boşluqlar mövcuddur.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsində keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deyib.
O nümunə gətirib ki, 31 bal toplayan müəllimlə 50 bal toplayan müəllim arasında əməkhaqqı fərqinin cəmi 10 faiz olması müəyyən mənada ədalət prinsipini tam təmin etmir.
“Sertifikasiya prosesi başa çatdıqdan və müvafiq qanun qəbul edildikdən sonra yalnız incəsənət məktəblərində deyil, ümumilikdə ölkənin orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərlə bağlı da yeni yanaşmaların tətbiqi üçün presedent yaradılması məqsədəuyğun olardı. Bu qaydalar, təbii ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək və gələcəkdə Elm və Təhsil Nazirliyinin də bu məsələyə yenidən baxması üçün əsas yarada bilər”, - deyə şöbə müdiri qeyd edib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

