Parlamentdə "Baqrat" müzakirəsi
“Çoxminlik mitinq keçirildi, insanlar Milli Məclisdə konkret məsələnin müzakirə olunmasını istədiklərini bildirdilər, siz özünüzü “demokratiyanın qalası” elan etmisiniz, bəs xalqa sevginiz haradadır? Sevginiz dondu?”
Bu sözləri Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan parlamentin bugünki iclasında spiker Alen Simonyana ünvanlayıb. O, bildirib ki, parlament üzvləri kürsünü hər şeydən çox sevir, bu, reallıqdır və xalqın yaddaşına qeydə alınacaq.
Alen Simoyan Rüstəmyanın vaxtının bitdiyini elan edib və onun mikrofonunu söndürülməsini göstəriş verib. Amma buna baxmayaraq ki, Rusamyan fikirlərini söyləməyə davam edib.
Simonyan Rustamyanın təxribatçı fikirlərinə cavabını ləngitmədi. Spiker onun da kürsüdən enmək istəmədiyini vurğulayaraq dedi: “Mənə aydındır ki, deməyə söz tapmadığınızdan indi parlamentin iclas zalında təxribatlar törətməyə cəhd edirsiniz. Sizi xəbərdar edirəm, sarkastik çıxışınız yersizdir və sayğısız danışığınız münasibətləri korlayır.”
Seyran Ohanyan Simonyana “sözünü tutmağa çalış” deyərək gərginliyə müdaxilə etməyə çalışsa da spiker onu da cavabsız buraxmır:“Cənab Ohanyan, sözümüzü kəsib replika atmayın, yersiz danışmayın... Cənab Ohanyan, öz işinizlə məşğul olun, mənə nə edəcəyimi deməyə ehtiyac yoxdur, bəsdirin,susun”.
Spiker gərginliyi yumuşaltmaq üçün deputatlara müraciət etdi:” Hörmətli millət vəkilləri, təxribata boyun əyməyin, insanların deməyə sözü yoxdur, Belə bir vaxtda bəziləri təxribat təşkil etməyə çalışırlar”.
Qeyd edək ki,
“Vətən naminə Tavuş” revanşist hərəkatının lideri Baqrat Qalstanyan iyunun 9-da İrəvanda yeni mitiq keçirdi. Həmin gün meydanda minimum 100 min insana ehtiyacımız var”- deyə çağırış edən Baqratın yenidən başlatdığı mitinq daha qızgın keçib və daha dərin gərginliklərə səbəb olub. Həmin gecəni etirazçılar küçədə gecələyiblər . Bu gün parlamentin iclasında etirazçıların tələbləri ilə bağlı müzakirələr gedirdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Dekabr 2025 09:38
Tramp Tailand və Kambocanı yeni tariflərlə hədələdi
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33


Bakı -°C

