Parkda insident: Gənc atasının köməyinə gəldi
Adalet.azsaytı teleqraf.com-a istinadən xəbər verir ki, rayonun mərkəzindəki Nizami Gəncəvi adına parkda 1990-cı il təvəllüdlü Nüsrət Əliyev bıçaqlanıb.
Yaralı ətrafdakıların köməyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, parkda Rafət adlı şəxs Nüsrət Əliyevin atası Hilal Əliyevlə mübahisə edib. Rafət Hilal Əliyevə qarşı təhqiramiz ifadələr işlədib, onu vurmaq istəyib.
Bu zaman orada olan Nüsrət Əliyev araya girib. Nəticədə Nüsrət Əliyev bıçaq xəsarəti alıb.
Hadisəni törədən şəxs oradan qaçsa da, Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
04 May 2024 10:28
Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00