Parik taxıb Bakıda dələduzluq etdi - VİDEO
Bakıda dələduzluq edən zaman tanınmamaq üçün parikdən istifadə edən şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, paytaxtın Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı Ə.Səfərovun mobil telefonların satışı ilə bağlı olan elanlardakı nömrələrlə əlaqə saxladığı və həmin şəxslərlə görüşərək telefonları yoxlatdırmaq adı ilə alıb oradan uzaqlaşdığı müəyyən edilib. Onun Nəsimi rayonu ilə yanaşı, Xətai, Yasamal və Səbail rayonlarında da müxtəlif şəxslərin telefonlarını ələ keçirdiyi məlum olub. Ə.Səfərovun zərərçəkənlərə ümumilikdə 15000 manatdan çox maddi ziyan vurduğu məlum olub.
Qeyd edək ki, saxlanılan şəxs qanunsuz əməllərini həyata keçirən zaman kimliyini gizli saxlamaq üçün parikdən istifadə edib.
Digər Xəbərlər
24 Aprel 2026 16:59
9 mənzildən oğurluq etdi: həbs edildi - VİDEO
24 Aprel 2026 11:47
Mağazadan 100 min manat dəyərində qızıl oğurlandı
24 Aprel 2026 11:38
DİN BNMİ-dən əməliyyat - Həbs edilənlər var - VİDEO
23 Aprel 2026 12:24


Bakı -°C

