Mağazadan 100 min manat dəyərində qızıl oğurlandı
Bakının Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli bilinən 20 yaşlı Rafael Quluzadə, 23 yaşlı Eşqin Səmədov, 24 yaşlı Yusif Çərkəzov və onun qardaşı, 27 yaşlı Elməddin Çərkəzov saxlanılıb.
Oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi R.Quluzadənin Beyləqan rayonu, Əmirzeyidli kəndində yerləşən yaşayış ünvanından aşkar edilərək götürülüb. Hadisədən sonra isə E.Çərkəzov və E.Səmədov qızılların digər hissəsinin satılaraq realizə olunmasını təşkil ediblər.
Digər Xəbərlər
24 Aprel 2026 11:38
DİN BNMİ-dən əməliyyat - Həbs edilənlər var - VİDEO
23 Aprel 2026 12:24
Bakıda polisə balta ilə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - VİDEO
23 Aprel 2026 11:32
Ağstafada məktəbli bıçaqlandı - YENİLƏNİB
23 Aprel 2026 09:42
Toy karvanında avtoxuliqanlıq etdilər - VİDEO
22 Aprel 2026 18:30
30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti beton boruda gizlədiblər
22 Aprel 2026 16:11
Ucarda narkotik vasitələr məhv edildi
22 Aprel 2026 13:14
11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı
21 Aprel 2026 17:09


Bakı -°C

