adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Noyabr 2019 10:24
42756
ƏDƏBİYYAT

Pansionatda.. otel otağı - Akif Cabbarlı yazır

Hekayə

Məşhur pansionatın əsas korpusunda dördmərtəbəlibinanın dördüncü mərtəbəsində onun üçün ayrılmış bir nəfərlik otağa girən andanürəyi sıxılmağa, hədsiz darıxmağa başladı. Oğlu evdən gətirilən qab-qacağı,pal-paltarı şkafa yerləşdirdi, çaynikə su doldurub qaynamağa qoydu. Sonra biralma soyub, səliqə ilə dilimlədi.

-Atacığım, alma ye, susuzluğa da, ürəyinə dəxeyirdir. İndi çay da dəmləyərəm, içərsən. Bir azdan səni nahara daçağıracaqlar yəqin.

-Hə, hə, sən get, bala, yolda tıxaca düşərsənyoxsa.

Oğlu sağollaşıb düşəndə kişi onu ötürmək istəsə dəalınmadı. Elxan buna heç cür razılaşmadı.

-Dincəl, rahatlan, əl-üzünü yu, çay içib sonraçıxarsan dəniz qırağına, məndən narahat olma, - dedi.

Yarım saatdan sonra Asif Yaşıldərəli isti gödəkçəsinigeyinib dəhlizə çıxdı. İri, işıqlı çil-çıraqlar, rəngbərəng divar kağızları,şabalıdı qapılar binanın yenicə təmir olunmasından xəbər verirdi. Dəhliz boyuasta-asta addımlayan kişi bura axırıncı gəlişini xatırlamağa çalışdı. Gərək ki,o vaxtdan altı il keçmişdi. Onda bu dəhlizlər tamamilə köhnə dəbdə bəzənsə də,isti idi, maraqlı idi. İndi təmirdən təzə çıxsa da, heç adama yapışmırdı budivarlar, işıqlı dəhlizlər. Sanki qocaman, mehriban, məsum bir insana modernkostyum geyindirmişdilər. Zahiri dəyişiklik insanın içini, qəlbini dəyişdirmədiyikimi, bu bər-bəzək də qəribə bir soyuqluq, etinasızlıq saçırdı. "Hə, nədir, yenəyazıçılığın tutub deyəsən? Camaat maya qoyub pul töküb, iş görüb, sən dəemosional duyğulara güc vermisən, nədi?” – deyə Asif müəllim mızıldandı.Yaxşısı budur, çıx dəniz qırağına, təmiz havadan çək ciyərlərinə.

Pansionatla çimərliyə düşən pilləkənlərin arası üçyüz-dörd yüz metr olardı. İstirahət ocağının böyük ərazisi vardı və bu ərazibütünlüklə təbii şam meşəsini xatırladırdı. Bütün terraslar, cığırlar birbaşasahil zolağına çıxırdı. Hava sərin idi, amma payız günəşi nədənsə küsmüşuşaqlar kimi işıq əvəzinə qaş-qabaq saçırdı. Heç sən deyən istiliyi də yox idi.Topa-topa buludlarla baş-başa verib, zamanənin gərdişi barədə xısınlaşırdılarsanki. Həyət-bacada tək-tük adam gözə dəyirdi. "Görünür, müalicə kabinetlərindədirlər”– deyə Asif müəllim ürəyindən keçirdi. "Yaxşısı budur, gedim mən də müalicə həkimiyləgörüşüm”.

Köhnə dostu Zahid həkim kifayət qədər qocalmışdı.Yuxarı təşkilatlar müalicə ocağını abıra salsalar da, ötən illərin ağrısı-acısıbu kişinin sifətində açıq-aydın sezilən nişanələr cızmışdı. Səsi dəkallaşmışdı. Astadan, sanki ürəyində danışırdı. Əslində, heç onun nə dediyini oqədər də asan başa düşmək olmurdu. Nəyisə təkrar soruşmaq da düzgünçıxmadığından söhbətləri təkqapıya oynanılan futbol yarışını xatırladırdı. Ötəngəlişində Asif müəllim həkimini belə görməmişdi. Bu cür ciddi dəyişiklik, Zahidkişinin sozalması ürəyini sızlatdı. Ayağa durub sağollaşanda gözü güzgüyəsataşdı.

-Hə, elə sən özün də o məsələ... Üzü sonuncudayanacağa dirənən köhnə vaqon kimi xarlayıb tökülürsən, vallah. Ora-buranıqartlayıb, təkəm-seyrək tüklərini yan darasan da, gözünün altındakı qaratorbacıqlar, sifətindəki xış yeri kimi şırımlar işlərin sən deyən qaydadaolmadığından xəbər verir, Asif, - deyə ürəyindən keçirdi.

Sonra əsgər sayağı ovuclarını havada şappıldadıbxudahafizləşdilər. Danışdılar ki, hər gün görüşsünlər. Nədən ki, Asif müəlliminqan təzyiqini həkim özü ölçəcəkdi, tibb bacısını bu işə qatmayacaqdı. Yeməkxanadagöndərildiyi stolun ətrafında daha üç nəfər əyləşmişdi. Bir kişi ilə iki qadınyeni gələn pasiyenti səmimi qarşıladılar. Axıradək bircə kəlmə də danışmadı.Xasiyyəti belə idi. Əvvəl kəşfiyyat aparar, kimin necə nəfəs aldığını, nədüşündüyünü, nə danışdığını dəqiqləşdirər, sonra münasibət qurardı. Yeməyini səbrləyedi, sonra axıra saxladığı kotleti səliqə ilə salfetə büküb ayağa qalxdı.

-Bu kotleti otağa aparmıram, bayırda məni gözləyənpişiklərdən birinə verəcəm, - dedi. Stol yoldaşları bu sözlərin zarafat, yoxsaciddi olduğunu kəsdirə bilmədilər

-Elə sənin kimilərdir də o pişikləri qudurdan – deyətosqun qadın fısıldadı.

-Axı, o pişiklər qudurmayıblar, sadəcə ac olduqlarıüçün pilləkənin başında dayanıb ürəyiyumşaq adamları gözləyirlər.

-Hə, yaxşı-yaxşı, biz daşürəkliyik də deyirsən.

-Yox, bacı, mən həkim olmadığımdan sənin ürəyininhansı materialdan olduğunu deyə bilmərəm.

Söhbət burada bitdi. Çünki ilk dəfə gördüyü adamlabu cür polemikanın çox uzanmasına ehtiyac da yox idi. Bayırda kotletin "müştəriləri”çox olsa da, vaxtilə evində saxladığı ağappaq, gombul pişiyini xatırladanbirini gözü tutdu və kənara səsləyib, salfetin arasındakı kotleti ona yedirtdi.Pişik dərhal yemini içəri ötürdü, ağzını-burnunu yaladı, sonra da xumarbaxışları ilə təzə hamisinə virtual təşəkkürünü də çatdırdı.

Bu vəziyyət eynilə axşam yeməyindən sonra da təkrarlandıvə Asif müəllim qəlbində izaholunmaz bir rahatlıq duyğusu da yaşadı. Sonra stolyoldaşının – ucqar dağ rayonundan gəlmiş ixtisasca həkim olan Arif kişinin dəvətiləonun otağına getdi. Burada daha iki nəfərlə də tanış oldu. Ortalıqdakı jurnalstolunun üstünə düzülmüş meyvələrdən daddı və yeni tanışların təkidilə əlliqram zoğal arağı da içdi. Çünki etiraza yer yox idi. Pansionatlarda bu cürqonaqlıqlar təbii hesab olunur və bunlar bir növ istirahət gündəliyində tez-tezrast gəlinən prosedur qaydalarından sayılır.

Xudahafizləşib otağına döndü. Elə içəri girib idmanpaltarını geyinən andan ağlından ildırım sürətilə keçdi ki, gecə mütləq öləcək.Otaq ona büsbütün məşhur "Otel otağı” filmini xatırlatdı. Özünü də yüzdə-yüz Kərimmüəllimin yerinə qoydu.

"Hə, nə olsun, o kişinin adı Kərim idi, mənimki dəAsif. O, İstanbuldaydı, mən də Xəzərin sahilində, evimdən o qədər də uzaqolmayan məsafədə. O adamın səfəri büsbütün başqa məqsədli idi, mənimki də guyaki, istirahət, müalicə məqsədli. Ha fikirləşirəm, son beş-altı ildə - buişsiz-gücsüz, imkansız dövrümdə yaşamaq limitimin tükəndiyini anlayandan ölməkdənsavayı heç bir çıxış yolunun olmadığını dəqiq bilirəm. Bu anın nə vaxtsa başverəcəyini anbaan gözləyirəm. Nə isə, yatım görüm axırı necə qurtarır” – deyib,odeyalı üstünə çəkdi.

Təbii ki, mən qəhrəmanımın və həmkarımın o qədər dəçıxılmaz vəziyyətdə qalmasını istəmədiyimdən yatmasını istədim ki, dincəlsin,gümrahlaşsın, yeni günə təzə duyğularla başlasın.

Ertəsi günü oyanıb yaxşıca yuyundu. Ölmək o qədər dəasan məsələ deyilmiş fikrilə geyinib həyətə çıxdı. Bir xeyli gəzişib, səhər yeməyinəyollandı. Arif həkim onu səmimiyyətlə qucaqladı.

-Qardaş, nə isə kefsizsən, nə olub? Nədir, təkqalmısan? Mən o xanımları gecə bir-bir qəbul elədim, qardaşcanı. Axı mən həm dəhəkiməm. Bu dünyada kef çəkməlisən. O tərəflərdə nələr olur, heç bərkgedənalimlərimiz də bilmir. Sonra bir şey deyim, gecə sizin mərtəbədə elə sən yaşdabir kişi ömrünü balalarına bağışlayıb. Xəbərin yoxdur?

Arif müsahibinə zəndlə, şübhəli-şübhəli baxırdı. Azqala ölən kişinin niyə Asif müəllim olmadığını cidd-cəhdlə soruşacaqdı. AsifYaşıldərəlinin bədənindən soyuq bir gizilti keçdi və Arifi məscidlərdə əli əlcəkli,qara xalatlı ölüyuyanlara-mürdəşirlərə oxşatmaqdan savayı əlacı qalmadı.

Birdən-birə Asif müəllimin dəhşətli dərəcədə ürəyibulandı. Doktorun dediyi qadınların sir-sifəti, vulqar hərəkətləri, ədaları gəlibdurmuşdu gözünün qabağında. Vallah, əlli il qadınsız həyat sürərəm, o kifirlərinəlindən də yapışmaram. Bu fikri ürəyindən keçirsə də, dilinə gətirmədi. Tez-tələsiközünü Zahid həkimin yanına çatdırdı. Təzyiqini ölçdürdü – 180-nin 100-ə. Bu rəqəmləronun üçün deyildi. Gecənin xofu, Arifin iyrənc söhbəti barometrə güc gəlmişdi.Zahid həkim isə bunu dəniz kənarında oksigenin bolluğu ilə izah elədi.

-Eybi yox, üç-dörd günə yoluna qoyarıq, heç nəyinfikrini eləmə.

-Heç nəyin fikrini eləmə. Ay Allah sənin köməyinolsun. Necə yəni heç nəyin fikrini çəkmə, ürəyinə salma. Mənim yerimdə olsanvallah təzyiqdən divara dırmaşarsan. Heç nəyin üstündə işdən araladılar, büdcəməgirdilər, dost-aşnanın, qohum-əqrəbanın vəzifəsiz adamdan üz döndərməyi,telefon zənglərinin kəsilməsi, evdəki maliyyə sıxıntıları, daha nələr-nələr...Di gəl döz. Oksigenin bolluğu-zadı bəhanədir, mən xasiyyətdə insanların budünyadan yeganə umacağı tamam başqa şeylərdir – diqqət, itirilmədən axtarılmaq,gecədən səhərədək uzanan şən dost məclisləri, qohum-qardaşın xeyir işləri,qayğısı, sayğısı, bir sözlə, biganəlikdən, unudulmaqdan uzaq bir həyat. Bunlarolmayanda, çatışmayanda isə mənim kimisinə nə qalır? – sadəcə otel otağına bənzərsakit bir guşə və...