adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyun 2020 14:02
15681
SİYASƏT

Pandemiyanın üzə çıxardığı gender bərabərsizliyi AŞPA-nın onlayn iclasında müzakirə olundu

AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsininiyunun 5-də onlayn formatda iclası baş tutub. Pandemiya dövründə qadınhüquqlarının qorunmasının vacibliyinə həsr olunan virtual toplantıda"Qadınların səlahiyyətlərinin artırılması, Avropada arzuolunmaz hamiləliyəqarşı xidmətlərin təşviqi”, "Xarici siyasətin gender ölçüsü”, "Süni intellektinistifadəsi nəticəsində yaranan ayrı-seçkiliyin qarşısının alınması” kimi aktualmövzuları əhatə edən məruzələr dinlənilib. Uzunmüddətli perspektivdəpandemiyanın qadınların səhhətinə, hüquq və azadlıqlarına təsirinin bütün cəmiyyətlərəzərər verə biləcəyi vurğulanıb.

İclasda ölkəmizi təmsil edən millət vəkili, AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva "Böhran və pandemiyadövründə insan haqlarının qorunması: bərabərlik və ayrı-seçkilik hüququ”nunmüzakirəsi zamanı fikirlərini bölüşüb. Millət vəkili bildirib ki, "COVİD 19”gender bərabərliyi kimi aktual mövzunu ən azı 50 il geriyə atıb. Təəssüflərolsun ki, mövcud təcrid və məhdudlaşdırma siyasəti bəzi cəmiyyətlərdə qadınlarüçün təhlükəli vəziyyətin yaranmasına səbəb olub.



Azərbaycanın pandemiya dövründə gender əsaslı zorakılığadair BMT Baş Katibinin çağırışına qoşulan 146 ölkədən biri olduğunu qeyd edənmillət vəkili vurğulayıb ki, bu gün bütün dövlətlər mövcud böhranın daha daböyüməsinin qarşısını almaq istiqamətində çalışmalıdır. K.Nurullayeva

«Aİ_BMT Məlumatlandırma Təşəbbüsü”nün (EU_UN SpotlightInitiative) bu məsələyə reaksiya baxımından vacib əhəmiyyət kəsb etdiyini dədiqqətə çatdırıb.

"Ayrı-ayrı ölkələrdə investisiyaların miqyasını genişləndirməküçün daha çox maraqlı tərəflərə, o cümlədən özəl təşkilat və vətəndaş cəmiyyətiüzvlərinə çağırış etməyin vaxtıdır” deyən xanım millət vəkilinin qənaətincə, butəşəbbüs qadınların bacarıqlarını nümayiş etdirmək, yeni iş yerlərininyaranması, eyni zamanda qadınların müdafiəsini təmin edəcək digər qlobal fəaliyyətlərinyerinə yetirilməsi üçün zəruri maliyyə təminatı ola bilər. Bu isə nəticəetibarı ilə zərif cinsin nümayəndələrinin cəmiyyətdəki mövqeyinin müdafiəsinə ənböyük dəstəkdir.