adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyul 2020 11:36
14769
MƏMLƏKƏT

Pandemiya ilə mübarizə tək tibbi yox, psixoloji istiqamətdə də aparılmalıdı - Açıqlama

Bir çox rayon və şəhərdə 20 iyula kimi sərt karantin rejimi tətbiqolunur. Ümumi karantin rejiminin isə ən azı avqustun birinə kimi uzanacağınıdüşünsək xeyli zaman edir. Belə bir durum insanların psixoloji vəziyyətinə, bəziməsələlərdə isə stresə düşməsinə səbəb olur.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovadalet.az-a açıqlamasında bildirib ki, bu durumlarda psixoloji qaynar xətləryaradılmalı, bu yöndə maarifləndirici işlər aparılmalıdır. Bu baxımdan TV-lərində üzərinə məsuliyyət düşür.

"Qeyd etdiyiniz kimi sərt karantin rejimi uzanır, bunun konkret nəzamana bitəcəyi ilə bağlı fikir bildirmək çətindi. Çünki sərt karantinrejimi yoluxanların sayının çox olması səbəbindən tətbiq olundu. Bitməsi də yəqinki, yoluxanların sayında azalması, prosesin kontrol halına gəlməyindən asılıdı.Bu müddətdə insanlarda psixoloji gərginliyin yaranması labüddü və baş verir. İnsanlarbu gün bəlkə də ən çox psixoloji gərginlikdən əziyyət çəkirlər. Proses artıqkütləvi hal alıb. Öyrəşmədikləri bir həyat tərzi insanlarda psixoloji gərginliyinyaranmasına gətirib çıxarır. Bunun maddi, sosial və digər tərəflərini də qeydetmək lazımdı. Yeni davranış modelinə öyrəşə bilməyən insanlarda müxtəlifpsixoloji gərginliklər yaranır. Bu gərginlik də onlar tərəfindən ətrafda olaninsanlara yansıyır. Ona görə də mövcud şəraitdə psixoloji maariflənmə vəpsixoproflaktik işin aparılması vacibdi. İnsanların konkret psixoloji dəstəyəehtiyacı olsa hər kəs bundan faydalana bilmir. Bunun da obyektiv və subyektivbir çox səbəbləri var. Ona görə də mövcud şəraitdə qaynar xətlərin yaradılması,TV -lərdə psixoloji maariflənmə ilə bağlı verilişlərin yaradılması, sosial şəbəkələrdəbununla bağlı yazı və videomaterialların geniş insan kütləsinə xitabən həyatakeçirilməsi, maariflənmə işinin aparılması faydalı olardı. Ən azından insanlarpsixoloji alətlərdən həyatlarına tətbiq etməklə, gərginliyi qismən də olsaazalda bilərlər. Pandemiya ilə mübarizə tək tibbi yox, psixoloji istiqamətdə dəaparılmalıdı. Əgər biz bu psixoloji istiqaməti diqqətdə saxlasaq, yoluxanlarınsayında azalma, eyni zamanda insanların qaydalara əməl etməyində irəliləyişənail ola bilərik."

Emin Piri