adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Mart 2018 14:54
25168
MARAQLI

Pakistanın Dəmir qadını Muniba Mazzaridən uğurun resepti

Fiziki cəhətdən zəif olan insanlar əslində ictimaiyyət,dövlət tərəfindən qorunmalıdır.Ona görə ki, onlar da öz həyatını yaşamalı, firavan dolanmalı və öz bacarıqlarını əməli işə sərf etməli və faydalanmalıdırlar.Sözyox ki, hal-hazırda bu sahədə müəyyən işlər gedir və kifayət qədər həmin insanlara qayğı göstərilir.

Bir cəhəti qeyd etmək lazımdır ki, həyatda, ictimaiyyət arasında eləinsanlar var ki, fiziki cəhətdən əlil insanlara normal yanaşmır, laqeydlik edirvə hətta onlara vəchlə yanaşırlar.Belə hallar insanın insana qarşı pismünasibətdən başqa bir şey deyildir.Unutmaq lazım deyilki həyatda fizikicəhətdən şikəst olan insanların bəziləri,  hətta anadangəlmə, lal, kar,kor, şikəst, qolsuz, qıçsız,əlsiz, əkiz şikəst və sair formada doğulurlar.Belə insanlara müasir dövrümüzdə daha həssas, daha qayğılı, maddi və mənəvicəhətdən yanaşılmalıdır.

Elə məhz buna görə dəsizə Pakistanın Dəmir qadını Muniba Mazarinin çıxışınıtəqdim edirəm. 

O bu çıxışınıİslamabadda keçirilən TED-lərin birində edib və hamıya öz həyatı ilə örnəkolub.

Onlar mənimbacarıqsızlığımı görürlər, mən isə öz bacarığımı görürəm. Məni əliladlandırdılar, mənsə fərqli bacarıqlarımı dedim. Həyatınızda baş verən bəzi hadisələrvar ki, xoşbəxtliyinizə səbəb olur. Bu hadisələr sizi sındırır, ancaq sizi ənyaxşı hala gətirib çıxarır. Eyni şey mənim də başıma gəldi. 18 yaşım olanda mənartıq evli idim. Atam məənim evlənməyimi istədi və dedim ki, əgər "hə” deməyimsəni xoşbəxt edəcəksə olsun. Amma bu evlilik mənə xoşbəxtlik gətirmədi.

Təxminən ikiildən sonra evləndik. Avtomobil qəzasına düşdüm, ərimi necəsə yuxu tutmuşdu,avtomobil isə xəndəyə düşmüşdü. O maşından çölə tullanıb özünü xilas elədi.Onun üçün çox xoşbəxtəm. Ancaq mən maşında qalmışdım və çox yerim yaralanmışdı.

Siyahı çoxuzundur. Biləyim parçalanmışdı, çiyiy sümüyüm qırılmışdı, qabırğalarımsınmışdı. Ağciyər və qaraciyərlərim ağır zədə almışdı, nəfəs ala bilmirdim.Bağırsağım zədələndiyi üçün ifrazat sistemim də işləmirdi. Düşünürdüm ki, artıqgetmək vaxtıdır. Onurğam 3 yerdən əzilmişdi, həyatımın qalan hissəsini iflicolaraq yaşamalı idim.

Nəhayət iki ayyarım xəstəxana qaldım, xeyli əməliyyatlar keçirdim. Bir gün həkim gəlib mənədedi ki, sənin rəssam olmaq istədiyini eşitdim, sənə pis xəbərim var, sənyenidən rəsm çəkə bilməyəcəksən. Çünki sənin biləyin və qolun deformasiyayauğrayıb. Əgər sən istəyirsənsə ki, yenidən əlinə fırçanı alıb rəsm çəkəsən.Növbəti gün həkim yenidən yanıma gəlib dedi ki, sənin ombandakı yaralar da çoxpisdir, sən çətin ki, bundan sonra bir də nə gəzə biləsən, nə də dünyaya uşaqgətirə biləsən. Bunu eşidəndə darmadağın olmuşdum.

Anamdansoruşdum: "Nə üçün mən?”

 Mən özvarlığımı sorğulamağa başladım: "Niyə yaşayıram?”

 Busözlərin ruhumu yaxşılaşdıracağını dərk etdim. Anam mənə dedi: "Bu da keçəcək,Allah böyükdür və sənin üçün yaxşı bir planı var yəqin ki”.

Mən buna inanabilmirdim çünki o elə də əminliklə demirdi bu sözləri. Və bütün bu çətinliklər,əzablar bəzən məni sehirli gücü ilə tutub saxlamışdı. Bir gün mən qardaşlarımadedim: "Mən bilirəm ki, əllərim düzəlməyəcək, amma mən yorulmuşam ağ divarlarabaxmaqdan, bezmişəm bu xəstəxanadan. Mən həyatımda rəngarənglik istəyirəm. Mənəmüxtəlif rənglər verin, ağ kətan verin, çəkmək istəyirəm. Beləcə mən ölümyatağında ilk rəsmimi çəkdim. Bu yalnız sənət əsəri deyildi, həm də mənimehtirasım idi, bu mənim terapiyam idi. 


Yenidən enerji yığıb evə qayıtdım. Evəqayıdanda dərk elədim ki, mən inkişaf etmişəm, bir çox şeyləri arxada qoymuşam.Bədənimdə çoxlu mikroblar, allergiyalar var idi, otura bilmirdim, həkimlər mənəancaq uzanmağı tapşırmışdılar. 6 ay, 1 il. Yox, düz 2 il yataqda yatdım.

Qapandığımotağın pəncərəsindən çöl görünürdü, quşların səsini dinləyirdim. Nə vaxt kiailəmlə gəzməyə çıxacam, onda təbiətdən həzz alacam. Mən həmin an insanlarınnecə xoşbəxt olduğunu dərk etdim. Dərk etdim ki, mən ağrılarımı hər kəsləbölüşəcəyəm. Onlar başa düşəcəklər ki, necə xoşbəxt insanlardırlar. O gün qərarverdim ki, qorxularımla döyüşəcəyəm. Bizim qorxularımız var, bilinməyənqorxular. İnsanlar qorxularına uduzurlar.  Sağlamlığını, pulunuitirmək qorxusu . Biz kariyeramızda üstün olmaq istəyirik, məşhur olmaqistəyirik, çoxlu pul istəyirik. Biz hər zaman qorxuruq. Ona görə də mən bütünqorxularımı bir-bir yazdım və qərar verdim ki, hamısına bir dəfəyə qalibgələcəyəm.

Bilirsiniz,mənim ən böyük qorxum boşanma qorxusu idi, amma qərar verdim ki, bu qorxudanbaşqa bir şey deyil. Mən özümü azad etdikcə qorxuları da özümdən azad etdim.Özümü güclü hiss etdim. Onun toy xəbərini alanda ona yazdım: Mən sənin üçün çoxsevinirəm, xoşbəxt olun!

Amma mən heçvaxt ana ola bilməyəcəyəm. Sonra adımı müxtəlif təşkilatlara verdim. İki ilsonra Pakistanın balaca bir şəhərindən mənə zəng gəldi , bir pulsuz oğlan var,oğulluğa götürülməyini istəyir. Mən onu götürəndə iki yaşı var idi, indi 6 yaşıvar. Sonra ictimaiyyətdə tez-tez görünməyə qərar verdim.

Mən təkərlikürsüdə olmağı heç vaxt istəməmişdim, amma neyləyək, həyat sınaqlarla doludur.Həyat bizə bir limon verir, biz onsan limonad düzəldirik. Yəni həyatdayıxıldığın vaxt qalxmağı bacarmalısan, hər şeyin yaxşı olduğuna inanmalısan.Ölümdən əvvəl ölməyin, şükr edin, yaşayın.

Çıxışı ingilis dilindən çevirən Emin Akif