Pakistanda partlayış: Ölənlər var – FOTO
Pakistan Senatının sədr müavini Maulana Abdul Qafur Hayderi Belucistan əyalətində baş verən partlayışda xəsarət alıb.
Adalet.az RİA Novosti-yə istinadən xəbər verir.
tribune.com.pk-nin verdiyi məlumata görə, vitse-prezidentin kortejinin partladılması nəticəsində ən azı 25 nəfər ölüb, 35 nəfər yaralanıb.
Partlayış Mastunq dairəsində baş verib. Yüksək vəzifəli siyasətçinin korteji tədbirdən qayıdarkən partladılıb.
Hayderi xəstəxanaya yerləşdirilib.