Pakistanda kamikadze özünü partlatdı: Otuzdan çox yaralı var
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin paytaxtı Kvettada baş verən partlayış nəticəsində üç nəfər həlak olub, 30-dan çox adam yaralanıb.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, yaralananlar arasında 15 polis əməkdaşı da var.
Həyatını itirənlərin biri polis, biri uşaq, biri isə qadındır.
İlkin məlumatlara görə, kamikadze polisin mühafizəsi altında olan peyvənd məntəqəsinin yaxınlığında kustar üsulla hazırlanan partlayıcı qurğunu işə salıb.
Bazar ertəsi Pakistan hakimiyyəti Pəncab, Sind və Bəlucistan əyalətlərinin 23 regionunda beş yaşdan kiçik 13,5 milyon uşaq üçün ilin üçüncü poliomielit peyvəndi kampaniyasına başlayıb.
Uşaqların poliomielit xəstəliyinə qarşı kütləvi peyvənd edilməsi ilk dəfə Pakistanda 2020-ci ildə başlayıb, lakin Əfqanıstanla həmsərhəd ərazilərdə “Taliban” yaraqlıları tərəfindən bu peyvənd dayandırılıb. Ekstremistlər poliomielit kampaniyasının “İslam dəyərlərini sarsıtmaq” üçün “Qərb planının” bir hissəsi olduğunu bəhanə edərək peyvənd məntəqələrinə, həkimlərə və Pakistan təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Digər Xəbərlər
20 Iyun 2026 09:59
İrandan razılaşmalara dair - Xəbərdarlıq
19 Iyun 2026 18:11
Trampın Meloniyə hörmətsizliyinə görə ABŞ səfəri ləğv edildi
19 Iyun 2026 17:46
Türkiyə bu hadisədən danışır - Vəzifəli şəxsin qaçırılma anı
19 Iyun 2026 17:39
Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb
19 Iyun 2026 17:00
Kir Starmer istefa verməkdən imtina etdi
19 Iyun 2026 11:38
DÇ həyəcanını izləmək üçün möhtəşəm məkan: Antiphellos Qədim Teatrı
19 Iyun 2026 11:10
Rusiya-NATO toqquşması qarşılıqlı nüvə zərbələrinə çevrilə bilər
19 Iyun 2026 09:53


Bakı -°C

