19 Oktyabr 2025 13:12
82
GÜNDƏM

Pakistan qırıcıları Azərbaycana təlim üçün gətirilibmiş - VİDEO + YENİLƏNİB

Türkiyə mediası Pakistan qırıcılarının Azərbaycana gətirilməsinə dair öz məlumatlarını təkzib edib.

Adalet.az xəbər verir ki, yeni məlumatda deyilir:

“Əvvəlcədən məlumat verilmiş ərazidə aşkar edilmiş JF-17 Blok III döyüş təyyarələri əslində Pakistan Hərbi Hava Qüvvələrinə məxsusdur və “Hind Qalxanı Alpha” birgə təlimi üçün Azərbaycanda müvəqqəti yerləşdirilib”.

 

***10:17

Azərbaycan Pakistandan "JF-17 Thunder Block III" döyüş təyyarələrinin ilk partiyasını alıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İki nəfərlik təlimçi də daxil olmaqla üç təyyarədə Azərbaycan işarəsi vurulub.

Bildirilir ki, çatdırılma 40-a qədər döyüş təyyarəsi üçün 4,6 milyard dollar dəyərində müqavilənin bir hissəsidir.