adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Avqust 2017 12:56
20490
MARAQLI

Paket çaydan necə faydalanmaq olar?














1. Çay dəmləməyə ərinəndə adətən, paket çaylardan istifadə edirik. Sonrada atırıq zibilliyə. Atmağa tələsməyin.


2. Həmin çaylardan, on cürə faydalana bilərsiniz.


3. Ayaqqabınızdan xoşagəlməz qoxuları bu çaylarla yox edə bilərsiniz.Onu qoyursunuz ayaqqabılarınızın içinə, ruslar demiş "fso”.


4. İstəyirsinizsə saçlarınız daha təravətli olsun, yuduqdan sonra həminçaydan təkrar istifadə edib, suyu ilə saçlarınıza bir sığal çəkə bilərsiniz. Bu,həm də saçlarınızı gücləndirəcək.


5. Ev təmizliyində də istifadə edə bilərsiniz. Ondan təkrar istifadə etməkləilıq su ilə mebellərinizi, döşəmələrinizi təmizləsəniz daha parlaq olacaqlar. Həmdə daha təmiz.


6. Ağzınızdan qoxu gəlirsə, çayı dəmlədikdən sonra gözləyin, paket çayısoyusun və onu suya salıb ağzınızı çalxalayın. İndi öpüşə bilərsiniz.


7. Boşqabların yağını onunhesabına təmizləyə bilərsiniz. Çay paketlərini bir suya qoyunboşqablarınızı da salın ora. Gül kimi olacaq.


8. Yayın istisi, ağcaqand dolu, arı da bir tərəfdən qanınız da şirin. Banklarkimi tökülüb üstünüzə sizi yeyir. Banklara çarə tapa bilməsəniz də, arı vəağcaqanadların acılarının qarşısını ala bilərsiniz. Paket çayı ilə həmin yerləriyaxşı-yaxşı silin. Ağrı da gedəcək, həm də şişməyəcək.

Bunu yazarkən, Sübhan bəydedi ki, Məllim, bəlkə bu paket çaylardan alıb tökək bankların üstünə.

Mən də dedim ki, oğul,bankların üstə o qədər arı və ağcaqanad tökülüb ki...


9. Üzünüz çox həssasdır? Hava da isti, tez-tez müəyyən sızaqlar dayaranır və.s və ilaxır. Nəmli çay paketini bir saat buzdolabında saxlayın,sonra onunla sir-sifətinizi təmizləyin. Rahat elçi qabağına da çıxa bilərsiniz,elçiliyə də gedə bilərsiniz.


10. Köhnəlmiş paket çayı ilə pəncərə və aynaların üzərindəki ləkələriasanlıqla təmizləyə bilərsiniz.



11. Evdəki bitkilərinizi də bəsləyə bilərsiniz. Öncədən dəmlədiyiniz həmənçayların suyunu bitkilərin dibinə tökün. Bu həm də bitkilərin yaxşı boyatmasına kömək edir.

Mənim Ağdamda bir dayımvar idi. Evində 30-dan artıq limon ağacı bəsləyirdi, Ağdam hara, limon hara.Amma həmin limonlar gözəl bar verirdi. Dayım bu yazını oxuya da bilməzdi. Çox qəribəidi ki, həmin limon ağaclarının dibinə çay dəmləyib tökərdi. Xüsusilə də dəmlənmişçay yarpaqlarnın özünü, bir də toyuq qanı verərdi.

Bu nömrəmizdə Ağdamdalimonla bağlı baş vermiş bir olayı oxuya bilərsiniz.

Allah sənə rəhmət eləsin,Fazil Qasımov!


12. Makaron xoşlayırsınızsa,istəyirsinizsə daha ləzzətli olsun, onu qaynatdığınız suya bircə paket çay atın. İtalyanlar sizə həsəd aparar.