PA-nın şöbə müdiri gənclərə çağırış etdi
Bizim varlığımızın gələcəkdə necə olması Azərbaycan gənclərinə bağlıdır. Mən istəyərdim ki, Azərbaycan gəncləri aralarında ingilis dilində yox, öz dilində danışsınlar.
Adalet.az xəbər verir ki, bunu PrezidentiAdministrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.
Onun sözlərinə görə, gənclər bütün ölkələrdə aparıcı qüvvədir: "Artıq ən yüksək amallar gənclər tərəfindən həyata keçirilir. Gənclərimiz xarici ölkələrdə yaşayır, təhsil alır. İnsanın ən böyük hüququ yaşamaq hüququdur. Hüququndan keçən əsgərlərimiz torpaq uğrunda ölümə getdilər. Siz bunları bilməli və gələcək nəsillərə ötürməlisiniz".
F.Əliyeva bildirib ki, qalib ölkənin vətəndaşı olmaq qürurludur: "Azərbaycan sizə əmanətdir. Dünən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü idi. Azərbaycan dili bizə məxsus olan nemətdir. Siz gənclər onu biləndə bir-birinizə bağlanırsınız".Report
Digər Xəbərlər
08 Sentyabr 2026 17:28
Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək
08 Sentyabr 2026 17:17
Baş nazir Lyu Haysinlə görüşdü
08 Sentyabr 2026 15:19
Trampın son paylaşımı nə deməkdir?
08 Sentyabr 2026 14:10
“Avropada bir kabus dolaşmaqdadır, alman faşizmi”
08 Sentyabr 2026 12:07
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
08 Sentyabr 2026 10:52
XİN Şimali Makedoniya və Andorranı təbrik edib
08 Sentyabr 2026 10:49
Azərbaycanın müstəqil xarici siyasəti regional mövqeyini gücləndirir
08 Sentyabr 2026 10:38


Bakı -°C

