adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Sentyabr 2017 14:51
12345
ƏDƏBİYYAT

Özünü yaradıcılığına köçürən sirli yazıçı...

AqataKristi- detektivromanpərəstişkarlarınınyaxındantanıdığı biraddır. Özündəngeriyə tam 66 romanvə 150 qısahekayə buraxanməşhuryazıçınınhəyatı daeynənromanları qədərsirlidir


Tənhalıqla keçənuşaqlıq illəri…

1890-cı il sentyabrın 15-də Devonşir qraflığındaanadan olan Aqata ailədə üçüncü övlad idi. Kütbeyin, astagəl olduğuna görəvalideynləri onun həyatda heç nəyə nail olmayacağını düşünür və ən yaxşı haldauğurlu ailə həyatı quracağına inanırdılar. Gələcək yazıçının uşaqlıq illəri tənhalıqiçində keçib - dostları yox idi, bacısı və qardaşı ondan yaşca çox böyük idilər,ilk təhsilini isə evdə almışdı. Bu, bir tərəfdən onun fantaziyasınıstimullaşdırır, digər tərəfdən isə cəsarətsizliyini artırırdı.Uşaqlığında heyvanlarlaoynayıb, kitab oxuyan və hekayələr yazmağa çalışan Aqata, hələ 11 yaşında ikənatasının ölümü ilə üzləşir. Bu dəhşətli itki onu ağır dərəcədə sarsıdır.

Musiqi ilə yaxından maraqlanan Aqata 15 yaşında bu sahədətəhsil almaq üçün Fransaya göndərilir.

Burada bir müddətpiano dərslərində təhsil alsa da əslində musiqiçi olmaq istəmədiyini fərq edirvə evinə geri qayıdır. Bu vaxtlarda yazmağa heç ara verməyən Aqata, 1912-ci ildə hava korpusunun leytenantıArçibald Kristiyə aşiq olur. Onlar evlənmək istəyirlər. Amma qarşıda müharibəvar idi. Nişanlısı Fransaya cəbhəyə yollanır, Aqata isə hərbi hospitalda pulsuzadi xadiməçi kimi işləyir, sonra tibb bacısı, daha sonra isə əczaçı köməkçisiolur. Toyları 1914-cü ilin dekabrında, Arçinin qısa məzuniyyəti zamanı olur.


İlk əsəri

Burada yaşadığı zaman müddətində oxuduğu detektivkitablardan təsirlənən Aqata Kristi özü də bu tərz hekayələr yazmağa qərarverir.

Aqata "Staylsda sirli hadisə” ilk detektiv romanınıböyük bacısı ilə mərcə girərək yazır. Bacısı iddia edirdi ki, yaxşı detektivyazmaq çətindir. Aqata kitab yazsa da, uzun müddət nəşr elətdirə bilmir.Romanını çap etməyi altı nəşriyyat rədd etsə də, yeddincisi razılaşır.

"Staylsda sirli hadisə” adlı ilk romanı1920-ci ildə çap edilir. Yalnız 2 min nüsxə satılır, yazıçı kiçicik qonorar -25 funt-sterlinq alır. Romanın işıq üzügördüyü vaxt Rosalind adlı qızları dünyaya göz açır.


Məhz bu dövrdə yeni bədii qəhrəmanlar - məşhur xəfiyyəErkül Puaro və onun sadiq köməkçisi - kapitan Qastinqs meydana gəlir. Öz "Avtobioqrafiya”sındaKristi baş qəhrəmanın prototipini uzun müddət seçməyindən yazırdı. Uzun şübhələrdənsonra seçimini müharibə dövründə İngiltərəyə gələn belçikalı qaçqın üzərindəsaxlayır. Qəhrəmanın kriminal sahədə biliklərinin səbəbi əvvəllər müfəttişolması ilə izah olunurdu. Yalnız qəhrəmanın yaş seçimində Aqata yanılmışdı. İlkromanda yaşlı adam kimi göstərilən qəhrəman yazıçının uzun yaradıcılıqkaryerasında elə bu yaşda da qalır.

Yaddaqalan Aqata adı

İstefada olan polkovnik Kristinin ailəsi maddiproblemlərlə üzləşdiyindən, Arçi həyat yoldaşına problemlərini həll etmək üçünnövbəti romanını yazmağı təklif edir. "Sirli düşmən” adlı kitabı 1922-ci ildəçapdan çıxır. Aqata düşünür ki, qadın detektiv yazarı oxucular tərəfindən yaxşıqarşılanmayacağından özünə başqa təxəllüs götürsün. Amma naşir onun öz adınınsaxlanmasına təkid edir. Çünki Aqata adı nadir və yaddaqalan idi.

Yaradıcılıquğurlarını davam etdirən yazıçı 1925-ci ildə anasını itirir.

Evliliyi də çökmək üzrəydi. Belə ki, yoldaşı başqabir qadınla eşq macərası yaşayırdı. Bir gün Aqata həmin ilin dekabrında, soyuqbir qış gecəsində kimsəyə bir şey söyləmədən yoxa çıxır. Bir neçə gün keçdikdənsonra maşını göl kənarında qəza törətmiş vəziyyətdə tapılır.

Bu hadisədən sonra ortaya çıxan Aqata, olanlarhaqqında heç bir şey söyləmir.


Sirli hadisə

Sonrasında isə ərinin sevgilisini öldürməyiplanlaşdırdığı, qəza etdiyi üçün yaddaşını itirdiyi kimi xeyli söz-söhbətlər gəzməyəbaşlayır. Əslində bu yaşanan sirli hadisə bir növ Aqatanın və romanlarınınreklamını edirdi. Kim bilir bəlkə də bu yoxa çıxmağın arxasındakı məqsədyazacağı sirli hekayələr üçün münbit bir şərait idi…

Kristi güclü qadın idi və 1926-cı ildə baş verənhadisələr onun iş qabiliyyətinə təsir eləmədi. Arxeologiya da onun bir məşğuliyyətiidi. Roman yazmağa davam edən Kristi iki ildən sonra Bağdada qazma işlərinəyollanır. 1930-cu ildə indiki İraq yaxınlığında arxeoloji qazıntılar zamanı o,sonradan London universitetinin professoru olacaq Maks Mellounla tanış olur.Onlar arasında sevgi bir anda alovlanır. Aqata 40 yaşında, Maks isə ondan 14yaş kiçik idi. İki aydan sonra onlar evlənir və ömürlərinin sonuna qədər birgəyaşayırlar. Həmin il o, "Vikarinin evində ölüm hadisəsi” romanını yazır. Bu əsərdəAqata ilk qadın həvəskar detektiv personajını - miss Marplı yaradır.


Xoşbəxtliyə gedən yol…

40-cı illərdə Aqata bir sıra romanlar, radio vəteletamaşalar, film ssenariləri yazır. İstedadlı yazıçının belə intensivyaradıcılığı ayrılıqla izah edilirdi. Çünki həyat yoldaşı İkinci Dünya müharibəsiillərində Türkiyə, Suriya və Misirdə qalır. Aqata isə ölkəsinin çətin günlərində,yaşlı olmasına baxmayaraq, yenidən hospitala işləməyə gedir. Bu dövrdə o, iki əsərininəlyazmasını bank seyfində saxlayır: "Pərdə” - Erkül Puaronun son işi və "MissMarplın son təhqiqatı”. Onun hərəkətini izah edən bir neçə versiya var idi. Bəziləridüşünürdülər ki, Aqata onu bezdirən iki qəhrəmanından yaxa qurtarmaq istəyir.Amma əsl izah onun əsərlərilə birgə seyfə qoyduğu vəsiyyətnaməsində idi.Müharibə illərində Aqata müəllif hüququ və yaxınlarının taleyini düşünürdü.Ölümündən sonra "Pərdə” əsərindən gələn gəlir qızına, ikinci əsərin gəliri isə ərinəqalmalı idi.

Yazıçı 1976-cı il yanvarın 12-si vəfat edir. O, özavtobioqrafiyasını bu sözlərlə bitirir: "Yaşadığım həyat, mənə bəxş olunansevgi üçün Allahıma təşəkkür edirəm..."

Aqata Kristinin müəllifi olduğu əsərlər 2milyarddan artıq nümunədə satılmış və dünyanın 103 dilinə tərcümə edilmişdir. O,Böyük Britaniyanın simvollarından birinə çevrilib. Onun əsərləri İncil vəŞekspirin əsərlərindən sonra ən çox satılan əsərlər hesab olunur.


Aqata Kristinindüşündürücü fikirləri:

Qadın və kişi arasındakı bağlılıq əvvəl illüziyadanbaşlayır. Siz dünyada hər şey haqqda eyni fikrə malik olduğunuzu düşünürsünüz.

Vaxt- çox qeyri müəyyən anlayışdı. Kiməsə o çoxuzun gəlir, kiməsə isə tam əksinə.

Əgər sirri ikidən çox adam bilirsə, o artıq sirrdeyil.

Qadınlar gözləyə bilmirlər, bunu yadda saxlayın.

Cinayət səhnəsini bərpa etmək detektivin məqsədidi.Faktları ardıcıl sıralamaq lazımdı,kartdan ev düzəldərkən kartları düzdüyünüzkimi.

Qorxuram ki, bu qədər müşahidədən sonra insan təbiətindənyaxşı heç nə gözləməyə dəyməz.