adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Sentyabr 2016 11:08
15615
ƏDƏBİYYAT

Özünü öldürənlər - HEKAYƏ

Elə günlər olur ki, yaşadığım şəhər, yoldan ötəninsanlar, maşınlar, ağaclar mənə tamamilə yad görünür, ilk baxışda hər şeytanışdır, amma bu tanış görüntülər nəsə tanınmaz bir haldadır: insanın güzgüyəbaxarkən öz-özünə "bu kimdir?” deyə sual etdiyi anlarda olduğu kimi. Mənim üçünbelə günlər ilin ən çox sevilən günləri olur.

Belə günlərdə işdən çox tez çıxıram, küçələrə enibinsan axınına qoşuluram, yoldan keçən hər kəsi gözləməkdən özümü saxlaya bilmirəm,insanlar da mənə baxarkən özümü son dərəcə cəsarətli hiss edirəm. Həyatdan dahadəyərli bir şeyin olmadığına inanıram, bu anların mənə bəxş etdiyi zövqdən dahagözəl nə ola bilər?! Bəzən şüşəli kafedə oturub yoldan keçən insanları seyr edərək,küçənin gurultusunu dinləyərək, rənglərlə səsləri və içərinin bütün bu uğultununizamlayan dincliyini bütün varlığımla dərk edərək belə anların ömrünü uzadabilirəm.

Son bir neçə ildə xəyallarım puç oldu, çox vicdan əzabıçəkdim, indi ən çox arzuladığım bax, bu sükut, dinclikdir. Fırtınalar, qovğalarmənə görə deyil. Bəzən sübhün ayazında tir-tir titrəyərək çölə çıxıb küçələridolaşsam da, addımlarımı hər kəsə meydan oxuyurmuş kimi atsam da həyatdan təkistəyim onun gəlişini gözləməkdir.

Bəzən alışdığım bu zövq mənə qüsur kimi görünür.İnsanın yaşamaq üçün başqalarından əvvəl özünə qarşı hiyləgər olmasının gərəkliyiniçoxdan bilirdim. Pis əməllərini doğruymuş kimi göstərən səbəblər zəncirihazırlayıb haqsızlıqlar etdiyindən çəkinməyən qadınlara həsəd aparıram. Özünəinamsızlıq üzündən mübarizədən geri çəkilib səssiz bir tənhalıq axtarmaqqüsurların ən böyüyü deyilsə, elə də böyük qüsurlarım yoxdur, amma mənimolan cüzi şeylərin dadını çıxararkən hiyləgərlikdən istifadə etməyi, özüməsahib olmağı bacarmıram. Sonra görün nə olur, küçədə etinasıcsaına dayanıram, ətrafımdakıinsanları eynimə almıram, özüm özümdən bu təkəbbürə haqqım olub-olmadığınısoruşuram. Görəsən, kənardan gülünc və iyrənc görünmürəm ki? Aradabir düşünürəmki, bütün bu hoqqalara dəyərmi? Bu, heç də işimdən vaxt oğurladığım anlamına gəlməsin.Hoqqabazlığımın işimlə bir əlaqəsi yoxdur.

Keçən səhər olduğu kimi, bir kafedə yemək yeyərkəngündəlik qayğıları içində qıvrılan insanların üzlərinə baxmağım günahkar biryalnızlıq duyğusunun içimə hakim kəsilməsi üçün kifayət edir.

İki gənc müştəri ilə kassadakı qızınzarafatlaşması diqqətimi çəkir. Cavan oğlan hesabda aldadıldıqlarını deyərəkqızın üstünə bağırır, müştəriylə belə davranmazlar, deyirdi. Kassadakı qızgülürdü. Oğlan pulun qalığını tələb edirdi və o pulla uzaq bir səfərəçıxacaqları haqqında hekayə uydurdu. Sonra da "pulu banka qoyacağıq” dedi.Kafedən çıxarkən çevrilib qıza: "Allah amanında xanım! - dedi, - Bu gecə mənidüşün”.

Qız hələ də qırıq-qırıq gülürdü. Böyründə dayanmışqarsona: - Amma yaman tipdir, - dedi.

Başqa səhərlərdə də bu qızı gözləmişdim, bəzənüzünə baxmadan ona gülümsəmişdim. Amma mənim sükutum çox oynaq sükutdur, heç nədənyaranan sükutdur. Axırda da hər zamankı kimi, peşiman oldum.

"Hamımız bu dünyada iyrənc məxluqlarıq, amma birvar gülümsəyən, təbəssüm oyadan iyrənclik, bir də var çevrəsində boşluq yaradaniyrənclik. Birinci o qədər də axmaqlıq deyil”.

Məni hər dəfə nikbin vəziyyətdə saxlayan, belə səhərlərdəyaşamımda, həyat tərzimdə bəzən günah kimi anladığım bu şeylərin səfehlikdənbaşqa bir şey olmadığı düşüncəsidir. Bu həyat tərzinin insanı uzun müddət xoşbəxtedəcəyinə də inanmıram. Başqalarıyla ünsiyyət anında özümü tərəddüdlər məngənəsindənxilas etməyə çalışmıram, belə vəziyyətdə özümü səfeh bir amansızlığın içinəatmaqdan başqa çarəm qalmır. Bir neçə saniyəlik yalnızlığımın vicdan əzabındaqıvrılmağım kifayət edir, çünki yenə Şarlottonu düşünürəm.

Onun dünyasını dəyişməsindən bir il ötdü. Artıqonun xatirəsinin məni ömrümün sonuna qədər müşayiət edəcəyi bütün yollarıtanıyıram. Onunla keçən günlərin hər biri bu günkü gerçəklərin astar üzüdür,bir il öncənin zərif şübhəsiylə dolaşdığım bütün qaranlıq künc-bucaqlar mənəvicdan əzabı çəkdirir.
Bu, heç də Şarlottonun bir sirr, müəmma olmasıanlamına gəlmir. Əksinə, o, öz işvə-nazıyla kişilərin qanını coşduran, gözəlliyigöz qamaşdıran, amma bəsit, zavallı qadınlardan biriydi. İlk görüşdən sonra birneçə dəfə görüşdük, amma hələ onu öpməmişdim. Bir gün məni ürkək baxışlarlasüzüb o biri otağa keçdi və az sonra alt paltarında göründü. Heç özüm də bilmədimonu necə qucaqlayıb divana yıxdım. Sevişdikdən sonra ona tək qalmaq istədiyimideyib evdən çıxdım. Üç gün görünmədim. Növbəti görüşümüzdə isə artıqbir-birimizə "siz” deyə müraciət edirdik. Qəfildən yenə ona "sən” deməyəbaşladım. Əvvvəlki tövrünü pozmadı. Əriylə barışıb-barışmadığını soruşdum. Gözləridoldu: - O, mənimlə heç vaxt sizin kimi davranmadı, - dedi. Başını köksüməsöykəyib saçlarını oxşamaq keçdi könlümdən. Bu dul qadını sevə bilməyəcəkdimmi?Şarlotto bu anda xəfif bir səslə ürəyindən keçənləri açıb-tökdü, məni ilk dəfəgördüyü andan sevdiyini, onun üçün əziz birisi olduğumu, amma görüşdüyümüz buqısa müddətdə ona acılar yaşatdığımı, bütün erkəklərin onunla bu cürdavrandığını söylədi.
-Bir soyuq, bir də isti, sevgini ölməyə qoymayanbu iki şeydir, - dedim və saçlarının üstündən baxıb gülümsədim.

Şarlotto çox solğun idi. Yorğunluq çökmüş donuq,iri gözləri, mütənasib biçimli bədəni də solğun idi. Həmin gecə onun bədənini bəyənmədiyimüçünmü çıxıb getdiyimi soruşdu.

Amma bu dəfə də ona acımadım, geçəyarısı qalxıbgeyindim, bəhanəsiz-filansız, getməli olduğumu deyib çıxdım. Şarlotto da mənimləbirlikdə çıxmaq istəyirdi. - Olmaz, mən tək qalmağı sevirəm, - deyibüzündən öpdüm və çıxdım.