adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyul 2018 12:31
16432
MARAQLI

Özünü kəməriylə asıb öldürən aktyorun möhtəşəm qəhrəmanları

Robin Williams bambaşqa bir aktyor idi. Onun xarizması və istedadı birləşdiyi zamanunudulmaz qəhrəmanlar ortaya çıxırdı. Onun hər bir qəhrəmanı bizə həyati dərslər vermiş və qəlbimizdə iz qoymuşdur. Qeyd edək ki, aktyor 2014-cü ildə özünü kəməri ilə asıb öldürmüşdü. 




DEAD POETSSOCIETY


Ədəbiyyat müəllimiJohn Keating tələbələrinə əzbərləməyi deyil, dərk etməyi öyrədir.Anı yaşayın, həyatınız zənn etdiyinizdən daha maraqlıdır, deyir o. Aktyor müəllim rolunuo qədər gözəl canlandırır, Şekspiri o qədər gözəl oxuyur ki, həmin tələbələrinarasında olmağı istəməmək əldə deyil!

AWAKENINGS


Karyerası boyunca bir çox həkim rolunu canlandırmışdır. Bütün bu həkimlər insanın təkcə bədəninə deyil, həm də ruhuna məlhəm olmuşdur. Bu filmdə də Dr.Malcolm Sayer ağır xəstələri həyata qaytarmağın yolunu tapır və xəstələrin qəlblərini yenidən həyat eşqi ilə doldurur.

GOOD WILLHUNTING


Robin Williams yenidən həkim rolunda.Burada o psixoterapevtdir. O, 20 yaşlı dahiyə özünü tapmağakömək edir. Məhz bu qəhrəmana görə aktyor«Oskar»-ını qazanmışdır.

WHAT DREAMS MAY COME


Baş qəhrəman avtomobil qəzasına düşür və həyatını dəyişir. Daha sonra oözünü səmalarda tapır. O, dəlicəsinə sevdiyi həyat yoldaşındanayrılmaq istəmir və onu yenidən görmək arzusu ilə çətin bir yoladüşür.

PATCH ADAMS


Robin Williams növbəti həkim qəhrəmanı ilə strereotipləri pozur və dünyadaki tək dəətli şeyin biganəlik olduğunu sübut edir. DrAdams, bütün dərdlərin dərmanını kəşf edir. Dərman – gülüşdür. Və o, bütün xəstələrini güldürmək üçün əlindən gələni əsirgəmir.Faciə və komik janrdaeyni anda oynamaq isə hər aktyorun işideyil, razılaşın.

BICENTENNIALMAN


Robin Williams bir robotu canlandırır. Bu robot dünyanın ən xeyirxah vəən mehribanrobotudur. Daha əvvəl Andrew sadəcə dəmir parçası idi,lakin daha sonra onun hisləri yaranır. O,dostluğun, sevginin, yalanın və xəyanətin nə olduğunu öyrənməyə başlayır..

JACK


Bu film aktyorun istedadının sərhədsiz olduğunu bir daha sübut edir. 40yaşında ikən RobinWilliams 10 yaşında bir uşağı canlandırmışdır. Filmə baxdığımız zaman aktyorun erkən yaşlanmaxəstəliyindən əziyyət çəkən Jacki o qədər gözəlcanlandırdığını görürük ki, təəccüblənməmək əldə deyil. Film mərhəmət, dostluq,həyatın kiçik sevincləri və ən əsası bütünbunlar üçün heç vaxt yaşlı olmayacağımızı göstərir.Unutmayın, həyat qısadır və o, bir göz qırpımında keçib gedir.