Özünü çaya atan qadının meyiti sudan çıxarıldı
Aprelin 24-də Salyanda Akkuşa çayında batan qadının meyiti tapılıb.
Adalet.az-ın ONA-ya istinadən məlumatına görə, axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızı özünü Akkuşa çayına ataraq intihar edib.
Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə daxil olan məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
İntihar edən qadının axtarışları ötən gün və bu gün davam etdirilib.
Bu gün səhər saatlarında A.Dadaşovanın meyiti sudan çıxarılaraq Salyan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
30 Aprel 2024 11:53
Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02Sumqayıtda 5 ədəd qumbara tapıldı - VİDEO
30 Aprel 2024 09:53