adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 May 2018 12:43
27121
MARAQLI

Özünə qalib gələn Marina Abramoviç

MarinaAbramoviç 70-ci illərdən günümüzə 40 illik kariyerasında bədənini beynininimkanları ilə zorlayan, sənəti bir növ yaşayan və sənət tarixinin ən cəsur sənətçilərindənbiridir.

1946-cıildə doğulan Marinanın valideynləri II Dünya müharibəsi ərəfəsində faşistlərəqarşı mübarizə aparmış partizanlardır. Hətta atası Vojo müharibədən sonra milliqəhrəman da elan edilib. Atasının ailəni tərk etməyindən sonra anası Danica60-cı illərin ortalarında Belqraddakı sənət muzeylərinin birində müdir vəzifəsindəişləməyə başladı. Fəqət evə olan diqqəti azalmamışdı və Marinaya olduqca çox təzyiqgöstərirdi, qadağalar qoyurdu. Hətta evə ən gec saat 10-da gəlmək lazım idi. Sənətçianasından sevgi görməmişdi və bunu da dilə gətirmişdi.

1965-70-ciillər arası Yuqoslaviyanın paytaxtında İncəsənət Akademiyasında təhsil alan sənətçio illərdə yaşadıqlarını bir dəlilik olaraq xatırlayır və sırf gecə saat 10-da,evə qapanmadan əvvəl özünə xəsarət hallarını yaşadığını deyir.

Onun "Rhythm-0”adlı performansı səs-küyə səbəb olmuşdu.


Buperformasında Marina bir oturacaqda sakit-sakit otururdu. Yanındakı masanınüstündə isə şərab, ətir, bıçaq, quş tükü, ülgüc, gül, mərmi, tapança, mişar,kibrit, qamçı kimi zərər verə biləcək alətlər var idi. Bura qədər hər şeyqaydasında, öz yolunda idi. Masanın üstündəkivərəqdə isə tamaşaçıların bu alətləri istifadə edərək Marinaya istədikləriniedə biləcəklərini yazır. Olduqca təhlükəli olan bu performansın sonunda sənətçiolduqca çətin bir vəziyyətdə qalmış və performansı bitirmişdi.

Beləki, performansın ilk saatlarındaMarinanın sakit-sakit durmasına baxan adamlar, sonra hövsələdən çıxmağa başladılar.Əvvəlcə Marinanın üzündə, bədənində qələmlə nəsə çəkməyə başladılar. Sonrakimisi ülgüclə onun bədənini kəsib qanını sovurmağa, kimisi onun üzünə şilləvurmağa başladı. Hətta Marinanın heç bir reaksiya vermədiyini görən adamlardanonu zorlayan belə oldu. 6 saatın sonunda Marina hərəkətə gələndə isə insanlarınarasında hay-küy düşdü, ondan qorxub qaçmağa başladılar.

Marinabu performansı ilə bir daha sübut elədi ki, insan böyük bir kütlənin önündəaciz, çarəsiz qalanda onun başına nə oyunlar gətirə bilərlər. Marinanın hərəkətəgəlməsindən hürkən adamlar da bunun gösatəricisi idi. Ki, ona əzab verənadamlar sadəcə, onu hərəkətsiz, müqavimətsiz görüb cəsarətlənmişdilər.