İlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, mətndə deyilir:
"Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı bizi sevindirir. Bu yaxınlarda Baş nazir cənab Hun Manetin ölkəmizə rəsmi səfəri dövlətlərarası əlaqələrimizdə yeni səhifə açaraq əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırmışdır.
İnanıram ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Kamboca dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Kamboca xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Digər Xəbərlər
09 Noyabr 2026 12:34
Azərbaycan Bayrağı – dövlət suverenliyi və milli həmrəyliyin təcəssümü
09 Noyabr 2026 11:15
“Tarixi və taleləri dəyişən 44 gün”
09 Noyabr 2026 10:56
Aİ Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi
09 Noyabr 2026 10:53
Türkiyə XİN Azərbaycanı təbrik etdi
09 Noyabr 2026 10:13
“Türkiyə Prezidentinin növbəti səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq”
09 Noyabr 2026 08:55
İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı video paylaşdı
08 Noyabr 2026 21:13
Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
08 Noyabr 2026 20:55


Bakı -°C

