adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Aprel 2015 14:28
3835
ƏDƏBİYYAT

Özbəklərə Naftalan möcüzəsi tanıdılır

ÖzbəkistanınNizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetində "Möcüzəvi Naftalan. Azərbaycan”adlı kitabın təqdimatı keçirilib. Bu barədə Universitetin professoru, ədəbiyyatşünasSaodat Muxamedova məlumat verib. O qeyd edib ki, kitab Azərbaycanın ÖzbəkistandakıSəfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan mərkəzininlayihəsinə əsasən nəşr olunub. Kitab özbək və rus dillərindədir.

TədbirdəNaftalan müalicə mərkəzi, onun tarixi, müalicə prosesi haqqında sənədli filmnümayiş olunub. Naftalanın müalicəvi əhəmiyyətindən bəhs edən kitab tədbiriştirakçıları tərəfindən maraqla qarşılanıb.  

Layihə çərçivəsindəözbək turistləri üçün Naftalana turlar da təşkil olunacaq.