adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Aprel 2017 16:30
14517
MARAQLI

Özbəkistanda küçədə öpüşməyə icazə verildi

Özbəkistanda sevgililərin küçədə öpüşməsinə icazə verilib.

Bu barədə Daşkənd polisinin rəisi Bahodır Qurbanov deyib. Onun sözlərinə görə heç kəsin sevgililəri saxlamağa icazəsi yoxdu.

"Biz dünyəvi ölkədə və demokratik cəmiyyətdə yaşayırıq. Əgər gənclərin addımı ədəb sərhədlərini aşırsa, buna qarşı polislər yox, ictimai təşkilat nümayəndələri qarşı çıxa bilər.Polis cəmiyyət qarşısında nüfuzunu düzgün addımlarla qaldırmalıdır”.

Özbəkistanda polisin öpüşən gəncləri saxlaması ilə bağlı faktlar sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub.