“OZAN DÜNYASI” AŞIQ YARADICILIĞININ TƏBLİĞİ
İB-də YENİ LAYİHƏYƏ START VERLİB
“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində yeni layihəyə start verilib. Bu barədə məlumat verən ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiliyinin 2026-cı il üçün kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək layihə “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanır. Layihənin həyata keçirilməsində əsas məqsəd aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ətraflı məlumat vermək, bu mühiti daha geniş müstəvidə təqdim etmək, xüsusən də, bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etməkdir.
Qeyd etmək lazımdır ki, Borçalı aşıq mühitində tarixən dastançılıq ənənəsi mühüm yer tutub. Bu bölgənin aşıqlarının özünəməxsus musiqi və dastan repertuarı mövcuddur. Borçalı aşıq mühitinin özəlliklərinə diqqəti yönəltmək üçün bu bölgənin aşıqlarının repertuarında zaman-zaman mühüm yer tutmuş aşıq havalarının təqdim olunacağı tədbir – konsert Bakının mötəbər mədəniyyət mərkəzlərindən birində geniş ictimaiyyətə təqdim olunacaq.
Layihə bu aşıq mühiti ilə bağlı daha əhatəli bilgi əldə edilməsində, eləcə də, bu mühitin digər aşıq mühitləri ilə qarşılıqlı əlaqəsinin öyrənilməsində mühüm rol oynayacaqdır.
Digər Xəbərlər
14 Avqust 2026 11:47
“Dənizçi” istirahət mərkəzində növbəti görüş
14 Avqust 2026 09:00
BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR
13 Avqust 2026 11:02
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
12 Avqust 2026 09:43
Mövzunun aktuallığı yerli ictimaiyyətin marağına səbəb oldu
07 Avqust 2026 09:00
BİZ MÖHTƏŞƏM QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN QANI HESABINA QAZANDIQ
31 Iyul 2026 12:50
“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib
31 Iyul 2026 09:00
SUS KƏNDİNƏ QAYIDANLARIN SEVİNCİ
29 Iyul 2026 19:17


Bakı -°C

