adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
28 Iyun 2016 17:09
17673
MƏDƏNİYYƏT

“Oyuq”çuların bayram sovqatı

Abdulla Şaiq adına Azərbaycan Dövlət KuklaTeatrı nəzdindəki "Oyuq” teatr-studiyasının balaca istedadları iyunun 28-də dahabir möhtəşəm tədbiri reallaşdırdılar.

Adalet.az xəbər verir ki, 26iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrgünü münasibətilə təqdim olunan tamaşa-konsertənənəvi olaraq xeyriyyə xarakteri daşıyırdı.

Komik hadisələrlə zəngin"Şahın xudpəsənd oğlu” adlı tamaşa və rəngarəng konsert proqramı balacatamaşaçıların coşğusu ilə müşayiət olundu.

Maraqlı səhnə həlli verilən tamaşanın müəllifi yazıçı Səidə Haqverdiyeva,rejissoru Cəmilə Allahverdiyeva, rəssamıisə İqbal Əliyevdir.

Anşlaqla keçəntamaşa-konsertdə studiyanın istedadlı üzvləri İbrahim Bakıxanov,Mirismayıl Sadıqov, İlham Qasımov, Selcan Xatun, Aylin Nəcəfli, Nigar Xanmirzəyeva, Nəzrin Xəlilova, Nuray Rəhman, DənizMənsimova, İsmayıl Əliyev, Miryaqub Seyidov, Arif Əliyev, Aysu Cəbrayılova və başqaları çıxış edirdilər.

Onu da qeyd edək ki, bu tədbir MüasirPsixologiya Mərkəzi ilə birgə hazırlanmışdı və valideyn himayəsindən məhrumuşaqlarla reabilitasiya xarakteri daşıyırdı.