adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Fevral 2018 16:08
21488
ƏDƏBİYYAT

Oxucusuz şeir gecəsi - REPORTAJ

Külək burnumuzu sıxa-sıxa, canımızdan istilikçıxa-çıxa, şeirlərimizi də götürüb "Yarat mərkəzi”nə şeir gecəsinə gedirik. Bizədedilər ki, feysbukdan çıxarıb sizin hüzurunuza gətirdiyimiz oxucular bizi səbrsizlikləbizi gözəyir. Elə biz də gözəl oxucularımızla görüşə ləngimədik. 


Mərkəzinyanına çatanda yadımıza düşdü ki, siqaretimiz qurtarıb. Siqaret almaq üçün birköşkmü deyim, marketmi deyim, axtardıq, axtardıq, amma təəssüf ki, tapa bilmədik.Belə də iş olar?! Əgər dilin-dodağın qurusa Allahın yarım litr suyuna da tapbilməzsən buralarda. Kor-peşman qapıdan içəri daxil olduq. Keçdik şeir gecəsinintəşkil olunduğu zala. Gecənin başlanmağına 15-20 dəqiqə qalsa da zalda iki-üç nəfərvar idi. Oğuz da, mən də ümid edirik ki, adamların sayı artacaq. Bizə önsıralarda yer göstərirlər ki, şairlər burada əyləşməlidir. Özümüzdən razı şəkildəəyləşirik. Sağımda balacaboy bir kişi əyləşib. Elə bil ki, tənhalığı başındanvurub, qoymayıb boyu uzansın. Hər cəhd də nəsə deməyə, kiminləsə danışmağaçalışır. Amma biz şeir gecəsindəyik, söhbət məclisində yox.

Oğuz mənətərəf əyilib deyir:

-Ayaqqabım it günündədir, palçıqlıdır, ayağımı qaldırıb ayağımın üstünə də aşırabilmirəm, daha çox diqqət çəkirəm elə olanda.


Solundaoturan Fuad Cəfərlini isə elə bil, paltaryuyan maşının içindən çıxarıb sonraütüləyib yollayıblar bura. Oğuz deyir ki, şair adamsan, bu nə qalstukdur, birazsərbəst ol da.

Fuaddeyir:

-Oxucuya hörmət etmək lazımdır, hörmət!

VahidƏziz də gənclərlə birgə şeir oxumağa gəlib. Tədbirin təşkilatçısı Vasif Ayansözü el adətilə Vahid Əzizə verir. Vahid Əzizin çıxışı o qədər uzundur ki, onuncümlələrini yazmağa ehtiyac duymuram. Qısası: İstedadlı gənclərə dəstək olmaqlazımdır. Oxucular Vahid Əzizlə selfi çəkdirir. Həmişə bu məqamda mənigic gülmək tutur. İnsanlar həmişə nimdaş əşyalarla, tarixi ta yüz il bundan əvvələdirənən ekspanatlarla, bahalı maşınlarla, məşhur adamlarla şəkil çəkdirməyə, yəni"baxın, məşhur adamla yan-yanayam” mesajını verməyə meyilli olurlar. Hə, VahidƏzizlə şəkil çəkdirənlər də onlardan idi.


Yafəs Türksəsin səsi qalxır...

Ardıncaməclisə təşrif buyuran şair Yafəs Türksəs mikrofon arxasına keçir. "Mən fikirvermişəm, gənclər ancaq sevgidən yazır, ağlamaqdan yazır, darıxmaqdan yazır.Yenilik yoxdur”. Çıxışını bitirir. Sonra Esmira Məhiqızı şeir oxuyur. Onunşeirindəki uşaqlıq xatirələri məni yenə zaldakı dinləyicilərə yönəldir. Bəs,yaxşı, bu şeir gecəsində şairlərin içində bircə Vahid Əziz maraqlı idimi? ƏəgərVahid Əziz maraqlı idisə, elə bu şeir gecəsi təkcə onun üçün təşkil olunardıda? Sonra içimdəki səs deyir ki, gənc, paxıllıq eləmə Vahid Əzizə. Bununla daiçimdəki bu deyişmə sona çatır.

Esmiraxanımın arxasında çəlimsiz, çox nazik geyinmiş Fəridə Məmmədova şeir oxumağabaşlayır. İlk sözü bu olur: Yafəs müəllim getdiyinə görə sevgi şeiri oxuya bilər.Oxuyur, oxuyur, oxuyur və bu misralarla şeirini bitirir: Masajist xanımaxtarılır, əlləri olmasa da olar...

Oğuzudümsükləyib bu misraların əla olduğunu, ümumiyyətlə Fəridənin qadın olmasınabaxmayaraq fikirlərini bu cür ifadə etməsinin çox yaxşı hal olduğunu deyirəm.Sıra Oğuzdadır. Oğuz ikinci şeirinə belə giriş edir: Bu şeir birincidən fərqlidir,bəşəri şeirdir, inanıram ki, sevəcəksiniz. Şeirini bitirəndə zaldan astaca,yarpaq xışıltısı tonunda alqış səsləri eşidilir.


Yoxa çıxan şair

Aha, məniçağırır Vasif. Həmişə şeir oxuyanda məni qəribə əsməcə tutur. Mikrofonun önündəbir neçə saniyə duruxuram. Ki, oxumağa hansı səs tonu ilə başlayım, dinləyiciyorulmasın. Birtəhər şeirə başlayıram. Əlimdəki vərəq biixtiyar əsməyəbaşlayır. Vahid Əziz barmağını gicgahına qoyub dinləyir. Hiss edirəm ki,misra-misra qarışır fikirləri. Hamı səssizcə qulaq asır. Bu mənim şeir oxuyarkənistədiyim ideal vəziyyətdir. Şeirimi bitirib əyləşirəm. Amma içimdə hələ də birnarazılıq var. Yafəs Türksəs niyə yoxa çıxdı? Bu tədbirə ağsaqqal kimi çıxışetmək üçün, gəncləri qarşına qoyub "bu olmaz, bu olar” demək üçünmü gəlmişdi? Maraqlıadamlar var e həyatda. İçimdəki narahatlıq artmır, nə də azalmır. Kənardan biryoğun səs məni narahat edir. Vahid Əzizə zəng gəlib, kiminləsə danışır.Mikrofonda isə Fuad Cəfərli şeir oxuyur. Vahid müəllimin bu telefon danışığıböyüyür, böyüyür, zaldakı qadınların da ona qoşulub telefondakı adamladanışmağına qədər gəlib çıxır. Zalda həzin xaos hökm sürür. Bu bizim ənənəvişeir gecələrimizin xasiyyətidir. Xasiyyəti kəsilsin onun! İldə, ayda bir dəfəşeir dinləməyə gələn adamların səbri tez tükənir. Özü də fikir verdim. VahidƏzizin oxuduğu yüngülvarı bir şeirə gələn alqış cavanların yaşlarından böyük məsələlərihəll etdiyi şeirlərinə gələn alqışdan daha çox oldu. Hələ elə oldu ki, bilmədilər,şeirimiz nə vaxt bitdi.

Soyuq şeir gecəsi...

Vasiftelefonun canlı yayım açıb öz izləyicilərinə şeir gecəsini göstərir, deyir ki,bax, siz bugün hamınız bu videoya baxırsınız, amma burada olmalıydınız, şeirgecəsində. Amma Vasif düşünmür ki, bayraq meydanından o tərəfdə, bulvarınqurtaracağında, bu soyuqda, bu küləkdə şeir gecəsi təşkil etmək, üstəlik dəbirinci gün, hamının işdən yorğun-arğın çıxdığı vaxt şeir gecəsinə çağırmaqÇarli Çaplinə müğənni demək kimi bir şeydir. Gəlməyəcəkdilər!