Ova yalnız bu ərazilərdə icazə verilir - AÇIQLAMA

"Azərbaycanda yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində ov etməyə icazə verilir. Həmin ərazilərdə həftənin cümə, şənbə və bazar günlərindən birində, yəni həftədə bir dəfə olmaqla ov edilə bilər. Digər yerlərdə, o cümlədən xüsusi mühafizə olunan ərazilərin daxili və sanitariya-mühafizə zonalarında, sərhədyanı ərazilərdə, Xəzər dənizinin adaları, yaşıllıq sahələr, meşə əraziləri, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə ov qadağandır.
Adalet.az xəbər verir ki, bu sözləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.
Xidmət rəsmisi qeyd edib ki, ov etmək istəyən şəxs əvvəlcə mütləq ovçuluq bileti almalıdır ki, ov etmək hüququna sahib olsun. Ovçuluq biletini əldə etmək üçün isə 5 saylı “ASAN xidmət” mərkəzinə müraciət olunmalıdır. Ov etmək istəyən hər bir şəxs ovçuluq biletindən əlavə müvafiq regional ekologiya idarəsindən birdəfəlik ov icazə sənədi almalıdır. Bu sənəddə ovlanacaq ov obyektinin növü, sayı və ərazi qeyd olunur.
A.Babayeva diqqətə çatdırıb ki, ayrılan birdəfəlik ov icazəsində göstərilən limitdən artıq, qeyd olunan tarixdən və göstərilən ərazidən kənarda ov etmək qadağandır. Ov icazəsi hansı günə verilirsə, həmin gün də istifadə edilməli, birdəfəlik ov icazəsində hansı tarix, ərazi göstərilirsə, həmin formada ov təşkil olunmalıdır. Bu qaydaları pozan şəxsləri qanunla müəyyən edilmiş qaydada ciddi cəzalar və cərimələr gözləyir.
Qaydalara riayət olunmasının vacibliyini vurğulayan A.Babayeva ov həvəskarlarına daha bir mühüm məqamı da diqqətə almalarını tövsiyə edib.
“İlk növbədə, ovçu məsuliyyətli olmalı, qanunvericiliyə, ətraf-mühitə hörmətlə yanaşmalı və müəyyən edilmiş ov qaydalarına ciddi riayət etməlidir”.
Xidmət rəsmisi hər kəsi, xüsusilə də ovçuluq fəaliyyəti ilə məşğul olan vətəndaşları ov obyektlərinin populyasiyasına ziyan vurmamağa və ölkə qanunvericiliyinin tələblərinə riayət etməyə çağırıb.
Digər Xəbərlər
 31 Oktyabr 2025 12:04
 31 Oktyabr 2025 12:04 Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
 30 Oktyabr 2025 14:25
 30 Oktyabr 2025 14:25 Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
 30 Oktyabr 2025 14:14
 30 Oktyabr 2025 14:14 “Hamiləlik faktı üzə çıxanda, bəzən ailələr qızlarını ayıbdan xilas etmək üçün...”
 30 Oktyabr 2025 09:30
 30 Oktyabr 2025 09:30 Leyla Əliyeva “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü - FOTOLAR
 29 Oktyabr 2025 12:30
 29 Oktyabr 2025 12:30 Yağış yağacaq. şimşək çaxacaq - SABAHIN HAVASI
 29 Oktyabr 2025 11:59
 29 Oktyabr 2025 11:59 Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılış mərasimində - FOTOLAR
 29 Oktyabr 2025 09:46
 29 Oktyabr 2025 09:46 "Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın" - Əhaliyə xəbərdarlıq
 29 Oktyabr 2025 09:16
 29 Oktyabr 2025 09:16 

 Bakı -°C
 Bakı -°C 






