adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Dekabr 2017 17:26
16203
MƏMLƏKƏT

Ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çox pambıq təhvil verilib

Dekabrın 5-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 197 min 21 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Adalet.az-abildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Belə ki, keçən il dekabrın 5-dək 82 min 257 ton məhsul tədarük edilmişdi.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Sonrakı yerlərdə isə Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonları gəlir.

Adalet.az pambıq tədarükünə dair dekabrın 5-dək olan operativ məlumatı təqdim edir.