adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Fevral 2019 12:55
3976
GÜNDƏM

Ötən il 249 min azərbaycanlı İstanbula səfər edib

Ötən il Türkiyənin İstanbul şəhərinə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Adalet.az İstanbul Mədəniyyət və Turizm Müdirliyinə istinadən xəbər verir ki, 2018-ci ildə 249 min 63 azərbaycanlı İstanbulda səfərdə olub.

Qeyd edək ki, ümumilikdə isə bir il ərzində İstanbula 13 milyon 433 min 101 xarici vətəndaş gəlib. 2017-ci illə müqayisədə ötən il şəhərə gələn turistlərin sayı 24 faiz artıb. Yalnız dekabr ayında İstanbula 1 milyon 77 min 979 turist gəlib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.