adalet.az header logo
  • Bakı -°C
22 Iyun 2026 12:15
93
GÜNDƏM
A- A+

Ötən həftə 113 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə iyunun 16-dan 21-dək 29 tank əleyhinə mina, 84 piyada əleyhinə mina, 514 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, 1 710.16 hektar ərazi minalardan təmizlənib.

"Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib",-deyə qurumun Mətbuat xidmətindən bildirilib.