"Airbus A320neo" AZAL donanmasında!
AZCON Holding şirkətlər qrupuna daxil olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti müasir “Airbus A320neo” tipli sərnişin təyyarəsi ilə gücləndirib.
Adalet.az xəbər verir ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu və müasir səyahət imkanları təqdim etməyi hədəfləyir. Təyyarə “Airspace” kabini ilə genişləndirilmiş salon, təkmilləşdirilmiş oturacaqlar və iri həcmli əl yükü bölmələri ilə təchiz olunub. Bortda həmçinin müasir əyləncə sistemi, yüksəksürətli Wi-Fi xidməti və biznes sinfi üçün fərdi monitorlar mövcuddur.
“Airbus A320neo” yeni nəsil mühərrikləri sayəsində daha az yanacaq sərfiyyatı və aşağı karbon emissiyası ilə seçilir. Təyyarə təxminən 6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta məsafəli marşrutlarda səmərəli istismar imkanları yaradır.
Yeni təyyarənin donanmaya daxil edilməsi AZAL üçün əməliyyat səmərəliliyinin artırılması, ekoloji təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi və uçuş şəbəkəsinin genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.
Qeyd edək ki, bu hava gəmisi AZAL donanmasında olan 28 təyyarə arasında sayca dördüncü “Airbus A320neo” modelidir. Şirkət 2032-ci ilədək donanmanın 50 təyyarəyə çatdırılmasını hədəfləyir.
Digər Xəbərlər
22 Iyun 2026 09:34
Yol Polisindən nümunəvi addım - VİDEO
22 Iyun 2026 08:56
MN-dən ÇAĞIRIŞ: Heç bir narahatlığa əsas yoxdur
22 Iyun 2026 08:51
Əhaliyə MÜRACİƏT EDİLDİ: Riayət edilməlidir...
21 Iyun 2026 15:46
Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
21 Iyun 2026 14:08
Aqil Abbasın tələbə inşaat dəstəsi yaradılması ideyasını dəstəkləyirəm - Etibar Əliyev yazır
21 Iyun 2026 13:33
Çimərliklərə gedənlərə - ÇAĞIRIŞ
21 Iyun 2026 13:16
Aqil Abbasın fikirlərini qəribliyə salmaq lazım deyil - İlahiyyatçı
20 Iyun 2026 13:00


Bakı -°C

