adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Mart 2024 19:18
2033
MƏDƏNİYYƏT

"Oskar" alan “Mariupolda 20 gün” sənədli filmi: Təqdimetmə ukraynalıları kədərləndirdi

Ukraynalı rejissor Mstislav Çernovun cəkdiyi  “Mariupolda 20 gün” sənədli filmi qalib olub.


Adalet.az xəbər verir ki, martın 10-dan 11-nə keçən gecə Los-Ancelesdə 96-cı dəfə dünyanın əsas kino mükafatı “Oskar”ın mükafatlandırma mərasimi keçirilib. Ukrayna tarixində ilk dəfə bir Ukrayna filmi "Oskar" qazanıb. Film Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ilk üç həftəsini əks etdirir.
Mərasim zamanı Mstislav Çernov deyib ki, kaş ki bu film olmayaydı: “ Bu, Ukrayna tarixində ilk Oskardır. Bu mənim üçün şərəfdir. Amma mən yəqin ki, tarixdə bu səhnədə dayanıb deyəcək ilk rejissoram. Kaş ki, bu film olmayaydı. Mən bu mükafatı almayaydım, kaş Rusiya heç vaxt Ukraynaya hücum etməyydi, şəhərlərimizi işğal etməyəydi, on minlərlə ukraynalını öldürməyəydi, torpaqlarını müdafiə edən mülki insanları, əsgərləri girov saxlamayaydı. Amma mən tarixi dəyişə bilmərəm, keçmişi də dəyişə bilmərəm. Filmlər xatirələr, xatirələr isə tarix yaradır ”.

Qeyd edək ki,  96-cı “Oskar” mükafatlandırma mərasimində 2023-cü ildə “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülmüş Daniel Roherin “Navalnı” sənədli filmindən bir hissə nümayiş etdirilib.Bu il “Oppenheimer” filmi bədii filmlərdən 7 “Oskar” qazanaraq mükafatlandırma mərasiminin baş laureatı olub.


P.S.Bu gün isə ukraynalıların sevincinin üstünə sanki su çiləndi. Beləki, Akademiya Mükafatlarının təqdimetmə mərasimini qısaldılmış şəkildə beynəlxalq televiziyada verilərkən ukraynalı rejissorun təqdimatı tv-də çıxarılır. Ukraynanın İctimai Kanalı bu faktdan üzülüb və kino dünyasının əsas hadisəsinin tam versiyasını öz tamaşaçılarına təqdim edib.

Əntiqə Rəşid